Stolüstü Tennis Federasiyaları arasında  Anlaşma Memorandumu imzalanıb

Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü  Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç  imzalayıblar. Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.    

Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü  Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç  imzalayıblar. Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31