"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb - RƏSMİ

"Qəbələ" klubu futbolçu Rəşad Sadiqovla yollarını ayırıb. Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ"də 2014-cü ilin dekabrından çıxış edirdi.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31