Gündəm
İran parlamentində hücum edən dörd nəfər öldürülüb - YENİLƏNİB
İran ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: “İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb.
Kriminal avtoritet azərbaycanlı biznesmeni niyə diri-diri basdırdı? - TƏFƏRRÜAT
Moskvada diri-diri basdıralan azərbaycanlı iş аdamı Hikmət Salayevin başına gələnlərlə bağlı bəzi məqamlar aydınlaşıb. Əslində Salayevin şəriklərinə 1 milyon 500 min rubl borcu olub. Bu borcu isə şərikləri ona yox, əmisi oğluna veriblərmiş. Amma əmisi oğlu həmin borcu qaytarmadığından şərikləri Hikmətə müraciət ediblər. Hikmət isə yaxın zamanda borcu qaytara bilməyəcəyini bildirib. Bundan sonra pul sahibləri “Prokladka” ləqəbli “qanuni oğru”ya müraciət ediblər və onunla görüş təyin ediblər. Hikmət görüşə gedəndə məlum olub ki, “Prokladka” tək deyil. Onunla birgə 30-dək silahlı şəxs də Hikməti gözləyir.
Sona Vəliyevanın şeirlər kitabı Gürcüstanda nəşr edildi
Tanınmış şairə Sona Vəliyevanın "Ağır damlalar” adlı şeirlər kitabı Gürcüstanda gürcü dilində nəşr edilib. "Tbilisi Universal nəşriyyatı”nda çap olunan kitabda şairənin müxtəlif illərdə yazdığı şeirlər toplanmışdır.
Musiqili Teatrın aktrisası Beynəlxalq festivala gedir
Musiqili Teatrının aktrisası, əməkdar artisti, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivalda iştirak edəcək. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Nərgiz Kərimova 10-11 iyun tarixlərində V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək.
60 yaşlı qadının mədəsi yerinə qaytarılıb
Azərbaycanda “Laporoskopik Nissen üsulu ilə Fundoplikasiya” adlı maraqlı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı xəstə qadının diafraqma dəliyinə girən mədə ordan çıxarılaraq yerinə qaytarılıb.
Ekspert: “Gələn ildən iqtisadi artım baş verəcək”
"2017- ci il Azərbaycanda ümumdaxili məhsulda azalma qeydə alınsada qeyri-neft sektorunda ümumi daxili məhsulunda artımlar vardı”. Bunu deyən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, eyni zamanda ümumi daxili məhsuldakı azalma Azərbaycanda neft sektorundakı azalma ilə bağlıdır: “Belə ki, Azərbaycanın OPEK qarşısında öhdəliyi neft hasilatına təsir göstərir. 2017- ci il iqtisadiyyatın stabilləşdirilməsi kimi yadda qala bilər.
Gürcüstanla münasibətləri gərginləşdirmək istəyənlərin məqsədi nədir?
AntiAzərbaycan şəbəkə yenidən fəaliyyətdədir. Bu dəfəki ssenari Gürcüstanla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq, iki ölkə arasında siyasi və diplomatik gərginlik yaratmağa hesablanıb. Son həftələr ərzində qonşu ölkə sərhəddində yaşanan olaylar belə deməyə əsas verir. Xəbərlərdən də məlum olduğu kimi Azərbaycanın müxalif radikal qanadı, daha dəqiq desək Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə fəalı bu günlərdə Gürcüstan ərazisindən Azərbaycana gömrük bəyannaməsindən gizlədilən külli miqdarda pul keçirərkən saxlanılıb. Sonradan aparılan araşdırmalardan məlum olub ki, radikal düşərgə təmsilçilərinin Azərbaycana keçirməyə cəhd göstərdikləri pullar ölkəmizdə təxribat törətmək, ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Təəccüblüsü və təəssüf doğuran məqamı isə ondan ibarətdir ki, həmin vəsait radikal düşərgəyə erməni lobbisi tərəfindən ayrılıb. Maddi vəsaitin Gürcüstan üzərindən keçməklə Azərbaycana ötürülməsində isə məqsəd yuxarıda qeyd etdiyimiz kimi Tbilisi ilə Bakı arasında süni gərginlik yaratmaqdır.
İşdən azad edilən işçilər arasında niyə fərq qoyulur?
Azərbaycanda işçilərin tutduğu vəzifədən azad edilməsi və ya ixtisarı ilə bağlı yeni qaydalar müəyyən edilib. Bu məqsədlə ölkə parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən ölkədə işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək.
Ərəb dünyası məzhəb ayrı seçkiliyindən təriqət fərqliliyinə
Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər hər ötən gün daha da gərgin xarakter alır. Tərəflər bütün mümkün təsir vasitələrindən istifadə edərək rəqibinə siyasi və iqtisadi baxımdan zərbə vurmağa çalışır. Bu ərəfədə digər müsəlman ölkələri isə sözün həqiqi mənasında iki cəbhə arasında qalıblar. Düzdür, artıq hansı tərəfdə olacağını müəyyən edən ərəb ölkələri də var. Eyni zamanda Ər-Riyad və Doha arasında hələ də seçim edə bilməyən ölkələr də mövcuddur. Səudiyyə ilə Qətər arasında cərəyan edən proseslər və artan gərginliyin fonunda isə İranın fəallığı müşahidə edilir. Səudiyyə Ərəbistanı ilə heç də normal əlaqələri olmayan Tehran üçün Ər-Riyad-Doha gərginliyi sanki göydəndüşmə olub. Hətta bəzi beynəlxalq ekspertlər bu iki müsəlman ölkəsi arasında gərginliyin meydana gəlməsində bu və ya digər formada İranı günahlar bilirlər.
Ölkədə uşaq hüquqları hansı səviyyədə qorunur?
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Maraqlıdır, bəs, ölkədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik sahəsində vəziyyət necədir?
Lavrovun “detalları”
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov yeni Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bu dəfə o, Kallinqradda İ.Kant adına Baltik Federal Universitetinin tələbələri arasında çıxışı zamanı Erəmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.
Riyaziyyat və Mexanika İnstitutunda seminar
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda məruzə edib. Məruzədə özlüelastikiyyət nəzəriyyəsinin daxilində topa qüvvə təsir edən sonsuz müstəvi haqqında qoyulmuş kvazistatik sərhəd məsələsinin dəqiq həllini təyin edən teorem isbat olunub.
İŞİD Qafqaza istiqamət götürüb
İŞİD terror təşkilatının Cənubi Qafqaza doğru hərəkət etməsi barədə aylar öncə səslənən fikirlər nə qədər acı da olsa deyəsən reallaşmaq üzrədir. Hər halda bu günlər İranda bir-birinin ardınca həyata keçirilən bir neçə terror aksiyası belə deməyə əsas verir. Əslində İŞİD-in digər regionlara, eləcə də Cənubi Qafqaza keçməyə cəhd göstərəcəyi gözlənilən idi. Belə ki, Suriya və İraqda sarsıdıcı zərbələrlə üzləşən terror təşkilatının nisbətən sakit regionlara, beynəlxalq antiterror koalisiyasının diqqətindən kənar ölkələrə transfer olacağı aydın görünürdü. Digər tərəfdən İŞİD-in Qafqazda çeçen mücahidlərindən ibarət sosial bazası terror təşkilatına tezliklə regionda peyda olmaq şansını tanıyırdı. Hələlik isə terrror təşkilatının İranda peyda olduğu görünməkdədir. Nə qədər acı da olsa terror təşkilatı İslam Respublikasında da can almağa müvəffəq oldu.
Pərvin Abıyeva və Tolik arasında +18 söhbət — ŞOK VİDEO
Son günlər qalmaqalları ilə məşhur olan tanınmış aktrisa Pərvin Abıyeva yenə gündəmdədir. Bu dəfə aktrisa və prodüsser Tolik arasında gedən danışıqların videosu yayılıb.
Beynəlxalq Böhran Qrupunun böhran yaratmağa hesablanmış hesabatı
Bu günlərdə Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağın səmasında müharibə buludları sıxlaşır” başlıqlı növbəti hesabatı yayılıb. Bu dəfəki hesabatda Böhran qrupu nədənsə bölgədə müharibə olarsa Rusiya və Türkiyənin də bu müharibəyə qoşulacağı riskini önə çəkir. Ancaq qrup bir məqama aydınlıq gətirmir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edəcəyi halda, Rusiya niyə bu müharibəyə qoşulmalıdır?














