Ərəb dünyası məzhəb ayrı seçkiliyindən təriqət fərqliliyinə

Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər hər ötən gün daha da gərgin xarakter alır. Tərəflər bütün mümkün təsir vasitələrindən istifadə edərək rəqibinə siyasi və iqtisadi baxımdan zərbə vurmağa çalışır. Bu ərəfədə digər müsəlman ölkələri isə sözün həqiqi mənasında iki cəbhə arasında qalıblar. Düzdür, artıq hansı tərəfdə olacağını müəyyən edən ərəb ölkələri də var. Eyni zamanda Ər-Riyad və Doha arasında hələ də seçim edə bilməyən ölkələr də mövcuddur. Səudiyyə ilə Qətər arasında cərəyan edən proseslər və artan gərginliyin fonunda isə İranın fəallığı müşahidə edilir. Səudiyyə Ərəbistanı ilə heç də normal əlaqələri olmayan Tehran üçün Ər-Riyad-Doha gərginliyi sanki göydəndüşmə olub. Hətta bəzi beynəlxalq ekspertlər bu iki müsəlman ölkəsi arasında gərginliyin meydana gəlməsində bu və ya digər formada İranı günahlar bilirlər.

Bu ölkələrin iqtisadi maraqları da toqquşur

Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər hər ötən gün daha da gərgin xarakter alır. Tərəflər bütün mümkün təsir vasitələrindən istifadə edərək rəqibinə siyasi və iqtisadi baxımdan zərbə vurmağa çalışır. Bu ərəfədə digər müsəlman ölkələri isə sözün həqiqi mənasında iki cəbhə arasında qalıblar. Düzdür, artıq hansı tərəfdə olacağını müəyyən edən ərəb ölkələri də var. Eyni zamanda Ər-Riyad və Doha arasında hələ də seçim edə bilməyən ölkələr də mövcuddur. Səudiyyə ilə Qətər arasında cərəyan edən proseslər və artan gərginliyin fonunda isə İranın fəallığı müşahidə edilir. Səudiyyə Ərəbistanı ilə heç də normal əlaqələri olmayan Tehran üçün Ər-Riyad-Doha gərginliyi sanki göydəndüşmə olub. Hətta bəzi beynəlxalq ekspertlər bu iki müsəlman ölkəsi arasında gərginliyin meydana gəlməsində bu və ya digər formada İranı günahlar bilirlər.

Millət vəkili Sahib Alıyev deyir ki, bəzi ekspertlər Səudiyyə Ərəbistanı ilə Qətər arasında baş qaldıran ziddiyyətlərin İranın marağına xidmət etdiyi və Birləşmiş Ştatların regionda mövqelərini zəiflədə biləcəyi düşüncəsindədirlər. Millət vəkili hesab edir ki, bu yanılış yanaşmadır: " Unutmayın ki, Qətər deyəndə göz önünə ilk gələn Birləşmiş Ştatların Əl-Udeyddəki hərbi bazası gəlir. Yaxın Şərqdə 11 min nəfərlik heyəti olan və 17 ölkənin hava marşrutlarını nəzarətdə saxlayan ən böyük hərbi bazanı Amerika mənasız yerə Qətərdə yerləşdirməyib. Sözü gedən baza bu əraziyə 2003-cü ildə məhz Səudiyyə Ərəbistanından köçürülüb ki, bununla da rəsmi Vaşinqton bölgədə kimi özünə daha yaxın müttəfiq saydığını ortaya qoyub. Ona görə də başda Səudiyyə olmaqla bir neçə ərəb dövlətinin Qətəri baykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq. Əmin ola bilərsiniz ki, bu qarşıdurma prosesi də Amerikanın nəzarəti altındadır və elə həm də maraqları çərçivəsindədir". Sahib Alıyev bildirib ki, ərəblər arasında ziddiyyətlərin qızışmasının kökündə indi də təriqət fərqliliyi durur: "Bəli, məzhəb də deyil, təriqət. Bu açıq-aydın müşahidə edilməkdədir. Demək, müsəlmanların məzhəb fərqliliyinə görə 2 yerə parçalanması azlıq edir. Təriqətçiliyə dayanaraq 73 yerə parçalanmalıdırlar. Heç maşallah olmasın. Yeri gəlmişkən, Mursi devrilərkən baş verən hakimiyyət dəyişikliyinə Səudiyyə Ərabistanıyla Qətərin fərqli yanaşması və Misirlə regionun adının çəkmək istəmədiyimiz başqa bir böyük dövlətinin arasında ziddiyyətlərin yaranması da elə bundan qaynaqlanırdı. Bir sözlə, Yaxın Şərq ölklələri məzhəb ayrılığından, indi də təriqət fərqliliyi çəkişmələinə baş vurublar və bu da Qərbdəki bəlli çevrələrin heç də maraqlarının əleyhinə yönəlməyib. Əksinə elə onların maraqlarına xidmət edir. İranın Qətəri guya öz qanadları altına almağına gəldikdə isə Qətər çoxdan qanad altındadır. Özü də İranınkından çox-çox böyük və güclü bir qanad altında. Rəsmi Tehran da bunun yaxşı fərqindədir. Sadəcə, Qətərə dəstək bəyanatları verməklə məzhəb davası apardığı Səudiyyəni qıcıqlandırmağa çalışır".

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, Qətərlə digər ərəb, ümumiyyətlə, region ölkələrinin arasındakı gərginliyin kökündə çoxlu sayda amillər dayanır: "Bu amillər kifayət qədərdir. Məsələn, hansısa saytda İranpərəst yazı çıxdı. Yaxud İraqda quş ovlayan Qətər milyarderi girov götürüldü. Və yaterrorçular maliyyələşdirildi və s. boş söhbətlər. Regionda terrorçuları maliyyələşdirən 2 əsas dövlət var: İran və Səudiyyə Ərəbistanı. Qətər bunların yanında xırda bir dövlətdir. Lakin iş ondadır ki, Qətər son illər ərzində Qərbin regionda bir növ siyasi mərkəzinə çevrilib. Və hər şey məhz buradan idarə olunur. Son illər ərzində bir sıra ərəb ölkələrində baş verən məlum inqilabların da təpədən dırnağa qədər ssenarisi məhz buradan icra olunub" İqtisadçı deyib ki, Qətər neft və qaz ölkəsidir: "Düzdür, burada sutkada cəmi 0,6 milyon barel neft çıxarılır. Ancaq təbii maye qaz ixracına görə bu ölkə liderdir. Bundan əlavə, Hörmüz boğazı deyilən yer var. Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli tıxac nöqtələrindəndir. Buraya məhz, Qətər ilə İran nəzarət edir. Hansı ki, dünya bazarlarına 30 faiz neft tədarükü buradan keçir. Yəni, demək istədiyim budur ki, konflikt dərinləşsə, neft bahalaşa bilər. Hələlik, ucuzlaşır. Çünki, ortaya başqa söhbətlər atılır. Misal üçün, qeyd olunur ki, Qətərin son addımları OPEC-in bir qurum kimi gərəyini itirir.. Halbuki, neftin qiymətini son vaxtlar 50 ABŞ dollarından yuxarıda saxlayan elə neft ixrac edən ölkələrin təşkilatı olan OPEC-in hasilatı azaltmaq barədə qərarı idi. Yaxşı bəs, Qətər OPEC-dən çıxacağını bəyan etsə necə olacaq ?. Yəni, Qətərlə digər ərəb region ölkələri əslində, biri-birlərindən asılıdırlar.. Və onlar biri-birlərinə təpik ata bilməzlər . Sözün qısası, Qətər ətrafında baş verənlərin nəyə hesablandığı hələ aydın görünmür".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31