Musiqili Teatrın aktrisası Beynəlxalq festivala gedir

Musiqili Teatrının aktrisası, əməkdar artisti, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivalda iştirak edəcək. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Nərgiz Kərimova 10-11 iyun tarixlərində V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək.

Musiqili Teatrının aktrisası, əməkdar artisti, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivalda iştirak edəcək. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Nərgiz Kərimova 10-11 iyun tarixlərində V "O-FEST" 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək. Dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malik olan bu mötəbər tədbir Kiyev Akademik Operetta Teatrında keçiriləcək. V "O-FEST" 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında bir çox Beynəlxalq müsabiqələrin laureatı olan əməkdar artist Nərgiz Kərimova İmre Kalmanın dünyaca məşhur "Silva" operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə Ukrayna təmsilçisi ilə Ukrayna dilində ifa edəcək. Xatırladaq ki, ötən il də bu Beynəlxalq festivalda iştirak edən N. Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın "Maritsa" əsərindən Maritsanın ariyasını ifa edib.

Qeyd edək ki, Kiyev Akademik Operetta Teatrında keçiriləcək V "O-FEST" 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Nərgiz Kərimova ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31