Lavrovun “detalları”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov yeni Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bu dəfə o, Kallinqradda İ.Kant adına Baltik Federal Universitetinin tələbələri arasında çıxışı zamanı Erəmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov yeni Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bu dəfə o, Kallinqradda İ.Kant adına Baltik Federal Universitetinin tələbələri arasında çıxışı zamanı Erəmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Rusiyanın baş diplomatı bu dəfə də konkret heç nə deməyib. Lavrov bildirib ki, münaqişənin hərbi yola həlli yoxdur və konfilkit yalnız danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlara gəlincə, münaqişə tərəfləri arasında razılaşdırılmayan 3 mürəkkəb detal var ki, bunun üzərində də iş aparıır.

Rusiya Xarici İşər naziri razıaşdırılmayan "detal" məsələsi yaxın bir ildə oduqca tez-tez işədilir. Sanki elə təsəvvür yaradır ki, guya danışıqlarda hər şey razılaşdırılıb. Sanki iki-üç məsələ qalıb ki, onun həlli istiqamətində Moskva da daxil olmaqla Bakı və İrəvan arasında müzakirələr davam etdirilir. Lavrov bu detalları gizlətyməyə çalışsa da artıq hər kəsə məlumdur ki, elə Dağlıq Qarabağın gələcək talehi də məhz bu üç detalda gizlənib. Ən önəmli və bu günədək razılaşdırılmayan məsələ Dağlıq Qarabağın Ermənistanın və ya Azərbaycanın tərkib hissəsində qalmasından gedir. O da bəllidir ki, Ruisya bu məsələdə nə Azərbaycanı itirmək istəyir, nə də ki, öz "for-post"u olan Ermənistanı inctiməyə çalışır. Məhz buna görə münaqişədə məğlub tərəf olmamıdır, fikri Moskvanın Dağlıq Qarabağ münaqişəsində əsas proritetidir.

Azərbaycan artıq mövqeyini bidirib və bu detalların razılaşdırımasına daha 20 il zaman xərcləmək fikri yoxdur. Bunu Rusiya da anlayır və cəhbədə baş verən gərginiyin hər an geniş miqyaslı müharibəyə çevirlə biləcəyini yaxşı dərk edir. Üstəlik Azərbaycan aprel hadisələrində göstərdi ki, Bakı üçün münaqişənin hərbi müstəvidə həlli də mümkündür. Qarabağda aktiv hərbi əməiyyatlar isə indikin siyasi prosseslər fonunda Kremlin maraqlarına heç çürə cavab vermir. Son vaxtlar cəhbədə vəziyyətin yenidən gərginləşməsi isə Rusiyanı yenidən bu məsələyə diqqət ayrımağa sövq edib. Moskva Bakının səbr kasasının dolmasından xəbərdardır.

İndiki halda isə nazirlərin yeni görüşü gözlənilir. Rusiya KİV-də yayılan xəbərlərə görə, nazirlər prezidentlərin görüşünə zəmin hazırlayırlar. Ümid edək ki, Lavrov dediyi detalarla bağlı həmkarı Nalbadyanı razı sala biləcək. Çünki Ermənistanın başqa çıxış yolu qalmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31