Gündəm

Bank sektorunda problemlər həll olunmamış qalır

7 İyun 2017 14:12

Məlum maliyyə böhranından sonra ölkənin bank sektorunda tam sabitlik və normal vəziyyət yaratmaq hələ də mümkün olmayıb. Ötən müddət ərzində bazarın tələbləri ilə bacara bilməyən bəzi banklar bağlanıb, bəziləri ilə bağlanmaq təhlükəsi qarşısındadırlar. Səbəd isə onların aktivlərinin getdikcə azalmasıdır. İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, ölkədə hazırda fəaliyyət göstərən 32 kommersiya bankının mayın 1-i 2017-ci il tarixinə aktivlərinin ümumi məbləği 30 milyard 779,2 milyon manat təşkil edib.

İlan sancmasından necə qorunmaq olar?

7 İyun 2017 14:10

Cari ilin may-iyun aylarında havaların sərin keçməsinə baxmayaraq həşaratçalmaların sayının artması ilə müşahidə olunur. Vaxtilə regionlarda tez-tez müşahidə olunan ilan və əqrəb sancmaları artıq paytaxt Bakıda adi hal alıb.

“Pilot Layihə” çərçivəsində hansı çətinliklər meydana çıxıb?

7 İyun 2017 14:07

Hazırda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot Layihə” çərçivəsində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin söküntüsü barədə qərarı müvəffəqiyyətlə həyata keçməkdədir.

Qənirə Paşayeva Türk Dünyası Onur Ödülünə layiq görülüb

7 İyun 2017 14:04

Millət vəkili Qənirə Paşayevaya İLESAM tərəfindən Türk Dünyası Onur Ödülü təqdim edilib. “Olaylar” xəbər verir ki, mükafat millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri  Q.Paşayevaya Azərbaycanda keçirilən və böyük şairimiz Məmməd Araza həsr olunan  VII Şairlər Günü çərçivəsində təqdim olunub.

“Döyüşü İrana keçirəcəyik!” - Tehrana hücumların arxasındakı ÖLKƏ BİLİNDİ

7 İyun 2017 14:01

İranda parlament binası və Xomeyninin türbəsinə hücumların Qətər və bəzi Körfəz ölkələri arasındakı böhranın yaranmasından sonra reallaşması diqqətlərdən qaçmadı.

"Ermənilər bizimlə görüşməkdən qorxurlar"

7 İyun 2017 14:00

Hazırda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər hansı bir görüşü nəzərdə tutulmur. Bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Ramazanda sahura qalxmaq vacibdir?

7 İyun 2017 13:58

Artıq müqəddəs Ramazan ayının başlamasında 10 gündən çox keçib. Bir neçə ildir ki, Ramazan ayı yaz fəslinin sonu, yayın əvvəllərinə təsadüf etdiyindən bu ayın hökmünü yerinə yetirənlər sutkanın yarıdan çoxunu oruclu qalmalı olurlar. Digər tərəfdən iftar vaxtı ilə imsak, yəni sahur arası zaman çox qısa olduğundan bir çoxları sahura qalxmadan oruc tutmuş olurlar. Bəziləri sahura qalxmamaqda heç bir qüsur görmədiyi halda, ancaq imsaka qalxmağın savab olduğunu da söyləyənlər var. Bəs görəsən dini inanclı insanlar bu baədə nə düşünür? Ümumiyyətlə, müqəddəs kitabımızda, eləcə də hədislərdə sahura qalxmamağın günah və qüsur olduğu barədə hansısa fikirlər yer alıbmı? Yaxud bununla bağlı hansısa istisnalar varmı? Sözügedən məsələyə aydınlıq gətirmək üçün bu sahənin mütəxəssisləri ilə söhbətləşdik.

İran dövlət televiziyası: Xomeyninin türbəsinin ərazisində daha bir kamikadze özünü partladıb

7 İyun 2017 13:51

Tehranda İmam Xomeyninin türbəsinə silahlı hücum edənlərdən ikisi qadın olub. Qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub. Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb, digəri isə sianid turşusu içərək özünü öldürüb. Hadisənin bəzi təfərrüatları da açıqlanıb.

Ölmüş insanların beyinləri bərpa ediləcək - İNANILMAZ YENİLİK

7 İyun 2017 13:49

Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib. Şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə etməyə hazırlaşır. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasına təsir edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər.

"Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncamın məqsədi erməni yalanlarını üzə çıxarmaqdır"

7 İyun 2017 13:44

“Azərbaycan Prezidenti İlham Əliyevin Quba şəhərində “Soyqırımı memorial kompleksi”n mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə verdiyi tapşırıq əsasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən bəzi məsələlər haqqında imzalanan sərəncam ölkəmizin bu istiqamətdə apardığı addımların davamıdır”. Bunu Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.

Əli Laricani parlamentdəki terroru kiçik hadisə adlandırdı

7 İyun 2017 13:40

İran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib.  Ə. Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb.

Muğam Mərkəzində “Segah” muğamı

7 İyun 2017 13:38

Beynəlxalq Muğam Mərkəzində “Rast” muğamı ilə start verilmiş möhtəşəm “Muğam axşamları” layihəsi çərçivəsində “Segah” muğamı ifa edilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə (tar – Əliəsgər Məmmədov, kamança- Xəyyam Məmmədov, ud – Xəyyam Quliyev, qanun – Aysu Sadıqova, balaban – Abuzər Güləliyev, nağara – Ramin Abdullayev) xalq artisti Zabit Nəbizadə, xanəndələr Kamilə Nəbiyeva və Mirələm Mirələmov dinləyicilərə çatdırıb.

Sumqayıt sakini evində yandı

7 İyun 2017 13:37

Sumqayıt sakini evində yanıb ölüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, iyunun 6-da saat 19 radələrində Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Hadisədə mətbəxin 12 kvm. yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş meyiti tapılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bakı sakinindən avtomat götürülüb

7 İyun 2017 13:36

Bakıda silahlı şəxs yaxalanıb.Daxili İşlər Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Binəqədi RPİ 6-cı PBəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşad Məmmədovdan “AKM” markalı silah və 23 ədədpatron götürülüb.

“Əmək pensiyaları haqqında” qanun yenidən dəyişdirilir

7 İyun 2017 13:33

“Əmək pensiyaları haqqında” qanununa dəyişiklik edilir. Məlumata görə,   qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.