Muğam Mərkəzində “Segah” muğamı

Beynəlxalq Muğam Mərkəzində “Rast” muğamı ilə start verilmiş möhtəşəm “Muğam axşamları” layihəsi çərçivəsində “Segah” muğamı ifa edilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə (tar – Əliəsgər Məmmədov, kamança- Xəyyam Məmmədov, ud – Xəyyam Quliyev, qanun – Aysu Sadıqova, balaban – Abuzər Güləliyev, nağara – Ramin Abdullayev) xalq artisti Zabit Nəbizadə, xanəndələr Kamilə Nəbiyeva və Mirələm Mirələmov dinləyicilərə çatdırıb.

Beynəlxalq Muğam Mərkəzində "Rast" muğamı ilə start verilmiş möhtəşəm "Muğam axşamları" layihəsi çərçivəsində "Segah" muğamı ifa edilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə (tar - Əliəsgər Məmmədov, kamança- Xəyyam Məmmədov, ud - Xəyyam Quliyev, qanun - Aysu Sadıqova, balaban - Abuzər Güləliyev, nağara - Ramin Abdullayev) xalq artisti Zabit Nəbizadə, xanəndələr Kamilə Nəbiyeva və Mirələm Mirələmov dinləyicilərə çatdırıb.

"Segah" muğamı Azərbaycanın ən çox sevilən 7 əsas muğamlarından biridir.Azərbaycan muğamları içərisində "Segah" ən geniş yayılmış və sanballı dəstgahlardandır."Segah" muğamı ailəsinə "Orta segah","Xaric segah","Mirzə Hüseyn segahı","Zabul segah","Haşım segahı","Yetim segah" daxildir.

Xanəndələr və musiqiçilər tərəfindən böyuk məharətlə, ustalıqla təqdim olunan muğamın ifası salonda güclü emosional ovqat yaradaraq ,tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və dəfələrlə alqışlarla müşayiət olundu.

İyunun 13-də layihədə nəzərdə tutulmuş növbəti konsert "Çahargah" muğamının ifasına həsr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31