Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi təsdiqləndi

7 İyun 2017 13:31

"Milli Məclisin növbədənkənar  iclası iyunun 13-də  keçiriləcək”. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 38 məsələ daxil edilib.

Ədliyyə naziri Türkiyənin Baş Prokurorunun müavini Halil Adıgözəl ilə görüşüb

7 İyun 2017 13:30

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Baş Prokurorunun müavini Halil Adıgözəl ilə görüş keçirib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə əməkdaşlığa dair danışıqlar aparılıb. Türkiyədə bu sahədə islahatların həyata keçirildiyi nəzərə alınaraq Azərbaycanın nailiyyətlərinə maraq göstərilib, təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib

7 İyun 2017 13:27

İyunun 7-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşünün yekunlarına dair iclas keçirilib.

Cəlilabad sakinini ildırım vurub

7 İyun 2017 13:25

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində bədbəxt hadisə baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-da şəhər sakini Azər Qurbanov ildırım vurması nəticəsində ölüb. Araşdırma aparılır.

İnək oğruları saxlanıb

7 İyun 2017 13:24

Abşeronda mal-qara oğruluğu ilə məşğul olan şəxslər tutulublar. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də rayon ərazisindəki 2 həyətyanı sahədən ümümilikdə 8 baş inəyi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev və Seymur Ağayev tutulublar.

Analarını Bakıya həkimə gətirmək istədilər- bir ailənin dəhşətli faciəsi

7 İyun 2017 13:23

Ötən gecə Hacıqabul rayonunda baş vermiş və ana ilə 2 oğlunun ölümü ilə nəticələnən dəhşətli qəza barədə bəzi məqamlar üzə çıxıb. “Olaylar” lent.az-a istinadən məlumat verir ki, qəzaya düşən “Ford Transit” markalı, 99 HF 830 dövlət qeydiyyat nişanlı kiçiktutumlu yük maşını Bakıdakı çörəkbişirmə sexlərindən birinə məxsus olub.

Azərbaycana gətirilən və aparılan valyuta haqda qanunvericilik dəyişdirilir

7 İyun 2017 13:22

Azərbaycanda “Valyuta tənzimi haqqında” qanuna  dəyişiklik edilir. “Olaylar”-ın məlumatına görə, qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur.  Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından  çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın  leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.  Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

Ədliyyə orqanlarında işə qəbul imtаhаnı keçiriləcək

7 İyun 2017 13:20

“Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il iyunun 10-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək”. Bu barədə DİM-dən verilən məlumatda deyilib. Bildirilir ki, imtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8 və 9 iyun tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq. Sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış və 640 nəfərin namizədliyi qeydə alınıb.

Almaniya öz hərbi qüvvələrini Türkiyədən çıxarmaq barədə qərar qəbul edib

7 İyun 2017 13:19

Almaniya hökuməti Türkiyədəki İncirlik hərbi bazasındakı öz qüvvələrini geri çəkmək barədə qərar qəbul edib. Nazirlər Kabinetinin qərarına əsasən 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq. 

Tehranda silahlı hücumlar zamanı 33 nəfər yaralanıb

7 İyun 2017 13:17

Tehranda Milli Məclis və İmam Xomeyni türbəsində törədilən terror aktı nəticəsində 33 nəfər yaralanıb. Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb. İranın Təcili Tibbi Yardım Xidməti yaralanan şəxslərin adlarını açıqlayıb. Onların arasında qadınlar da var.

Xomeyninin türbəsində ikinci partlayış - VIDEO/FOTO - YENİLƏNİR

7 İyun 2017 13:13

Daha bir terrorçu imam Xomeyni türbəsinin ərazisində özünü partladıb", - IRIB telekanalının Tvitter səhifəsində bildirilib. Qurbanlar və zərərçəkənlər haqqında məlumat yoxdur.

Türkiyədə "Amnesty International"ın rəhbəri və 22 əməkdaşı saxlanıldı

7 İyun 2017 13:08

Türkiyədə "Amnesty International" hüquq-mühafizə təşkilatının yerli ofisinin rəhbəri Taner Kılıç 15 iyul hərbi çevrilişinə aidiyyəti olmaq şübhəsi ilə saxlanılıb. Bu barədə təşkilatın bəyanatında deyilir. Məlumata görə, çərşənbə günü Kılıçla birlikdə İzmirdə təşkilatın Türkiyə ofisinin daha 22 əməkdaşı saxlanılıb.

Rusiya vətəndaşları Azərbaycandan 120 min dollar çıxarmaq istədilər

7 İyun 2017 13:07

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

İran Təhlükəsizlik Nazirliyi: Bəzi qruplar terror törətməyə hazırlaşarkən zərərsizləşdirilib

7 İyun 2017 13:06

İranın Təhlükəsizlik Nazirliyi paytaxt Tehranda baş vermiş hadisələr barədə rəsmi açıqlama ilə çıxış edib. Nazirlik bildirib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin  Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.

AZTV və İTV-də yeni təyinatlar

7 İyun 2017 13:04

İctimai televiziya da və AZTV-də yeni təyinatlar olub. Əməkdar jurnalist Natiq Abdullayev "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Bundan başqa 2 gün əvvəl şirkətin informasiya departamentinin direktoru vəzifəsindən azad edilən Telman Məmmədov (Nəzərli) AZTV-nin Hərbi-vətənpərvərlik redaksiyasına rəhbər təyin edilib.