Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi təsdiqləndi
"Milli Məclisin növbədənkənar iclası iyunun 13-də keçiriləcək”. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 38 məsələ daxil edilib.
7 İyun 2017 13:31 Sosial"Milli Məclisin növbədənkənar iclası iyunun 13-də keçiriləcək". Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 38 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır: " Bədən tərbiyyəsi və idman haqqında" qanuna dəyişiklik; "Damazlıq heyvandarlıq haqqında" qanuna dəyişiklik; "Turizm haqqında" qanuna dəyişiklik; "Təhsil haqqında" qanuna dəyişiklik; "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik; "Sosial sığorta haqqında" qanuna dəyişiklik; "Məşğulluq haqında" qanuna dəyişiklik; "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişiklik; "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanuna dəyişiklik; "Bələdiyyə qulluğu haqqında" qanuna dəyişiklik; "Sığorta fəaliyyəti haqqında" qanuna dəyişiklik və sair.