Xomeyninin türbəsində ikinci partlayış - VIDEO/FOTO - YENİLƏNİR

Daha bir terrorçu imam Xomeyni türbəsinin ərazisində özünü partladıb", - IRIB telekanalının Tvitter səhifəsində bildirilib. Qurbanlar və zərərçəkənlər haqqında məlumat yoxdur.

Daha bir terrorçu imam Xomeyni türbəsinin ərazisində özünü partladıb", - IRIB telekanalının Tvitter səhifəsində bildirilib. Qurbanlar və zərərçəkənlər haqqında məlumat yoxdur.

****

İran dövlət televiziyasının xəbərinə görə, Xomeyninin türbəsində ikinci partlayış baş verib.

****

Xomeyni türbəsində özünü partladan kamikadzenin qadın olduğu məlum olub.

***

İran inqilabının lideri Xomeyninin türbəsinə hücum edən üç silahlıdan ikisi saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda "Mehr" agentliyi bildirib.

Digər silahlının isə üzərindəki partlayıcı ilə özünü partlatdığı bildirilir. Türbənin qarşısında atışma nəticəsində bir nəfər ölüb, 5-i yaralanıb.

Xomeyninin türbəsinə qoyulan partlayıcı qurğu zərərsizləşdirilib. İRNA agentliyi Xomeyninin məzarı önündə 2 nəfərin öldüyünü xəbər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31