Gündəm
Pərvin Abıyeva: "İstənilən oğlana özümə bacı dedirdə biləcək qızam"
"Çoxları elə bilir ki, depressiyadayam, amma yanılırlar. Mən tez sağalan, tez düzələn insanam. "Maşın" şouda xoşagəlməz şeylər oldu. İstəyərdim ki, həqiqətlər üzə çıxsın. Yəqin, başları qarışıqdır. Ümid edirəm ki, həqiqətən aşkarlanacaq. Mənə qarşı haqsızlıq oldu. Hər kəs məni günahkar bilir. Əslində, qarşı tərəf günahkardır".
"Fənərbağça"nın ikinci transferi
"Fənərbağça" 2-ci transferini reallaşdırmaq üzrədir. İstanbul təmsilçisi "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanın transferini həll edib. Valbuena icarə əsasında 1 il "cim-bom"da çıxış edəcək.Bu keçid "Fənər"ə 4 milyon avroya başa gələcək.
Tehranda Xomeyni məqbərəsi yaxınlığında bomba zərərsizləşdirildi
Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib. Məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.
"Aİ Azərbaycandakı islahatları gələcəkdə də dəstəkləyəcək"
"İyul ayından Avropa İttifaqı ilə Azərbaycan arasında 4 yeni qrant layihəsi başlayacaq. Bunların hamısı fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək. Birgə yanaşma hazırda ölkədə gedən islahatlara töhfə verəcək".
İran parlamentinə hücum edən terrorçunun ilk FOTOsu
İŞİD – in Türkiyə üzrə rəhbəri həbs edildi
Türkiyənin Sakarya vilayətinin Baş prokurorluğunun icra etdiyi istintaq əməliyyatı zamanı nəzarətə alınan IŞİD - in Türkiyədəki nümayəndələrinin rəhbəri, kod adı Əbu Hənzələ olan Xalis Bayancuk saxlanılıb. “Olaylar” Türkiyə mətbuatına istinadən bildirir ki, Xalis Bayancuk Sakarya Təhlükəsizlik Müdirliyinə gətirilərək sorğuya alınıb. Sakaryada İŞİD terror qruplaşmasının fəaliyyəti istiqamətli əməliyyatda həbs olunan 8 nəfər verdikləri ifadələrdə təşkilata Xalis Bayancukun vasitəsilə daxil olduqlarını bildiriblər. Onların sözlərinə görə, Bayancuk'un təşkilata tərəfdaşlar qazandırmaq üçün fəaliyyətlərdə olduğu, Adapazarında toplntılar etmək üçün gizli məscid açdığı, gəzinti təşkil etdiyi və İstanbula tərəfdaşlar apardığı məlum olub.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Fernando Torresin bir ayağı "Beşiktaş"da
Gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Beşiktaş" ulduz futbolçu transferinə hazırlaşır. Türkiyə çempionu "Atletiko"nun hücumçusu Fernando Torreslə maraqlanır. "Ağ-qaralar"ın prezidenti Fikrət Orman mətbuata açıqlamasında "bir ulduz futbolçunu havayı gətirə bilərik" deyib. İstanbul nəhənginin diqqət mərkəzində olan oyunçunun "Atletiko" ilə müqavilə müddəti başa çatan Torresin olduğu müəyyənləşib.
“Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə”məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Əbülfəs Qarayev İsrail səfiri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stavı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritetdir
“Azərbaycan təhsilində həyata keçirilən sistemli islahatlar öz müsbət nəticələrini verməkdədir»”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib.
Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Sabirabad rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonundan ümumilikdə 20-dən artıq sakin iştirak edib.
Mikayıl Cabbarovdan peşə təhsili bağlı AÇIQLAMA
"Azərbaycan tarixində ilk dəfə olaraq peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına lazımi dəstəyin verilməsi, habelə peşə təhsili və tədrisi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə görülən əsas hədəflərdəndir. Bu məqsədlə hazırda Almaniya, İngiltərə, Koreya, Finlandiya, İsveçrə, Sinqapur, Litva, Estoniya kimi ölkələrin təcrübələri öyrənilir". Bunu təhsil naziri Mikayıl Cabbarov "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin açılış konfransında çıxışında deyib.
“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək
9 İyun 2017-ci il tarixində “Holliday İnn” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək.
Türkiyə polisi xüsusi əməliyyat keçirdi: 90 yaşlı əlil qadını döyərək soyan azərbaycanlı tutuldu
Türkiyədə 90 yaşlı qadını döyərək qarət edən azərbaycanlı saxlanılıb. Hadisə Muğlanın Marmaris bölgəsində baş verib. Əlil arabasında olan Sabahat Çələbi sahildə gəzməyə çıxıb. Bir qədər hərəkət etdikdən sonra yorularaq dincəlmək istəyib.














