“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək

9 İyun 2017-ci il tarixində “Holliday İnn”  mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək.

9 İyun 2017-ci il tarixində "Holliday İnn"  mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf" mövzusunda konfrans keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam M. İshaqzai, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova və digər qonaqların çıxışları nəzərdə tutulur. Konfransda millət vəkilləri, bir sıra nazirliklərin və komitələrin nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, beynəlxlaq təşkilatların əməkdaşları, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31