“Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə”məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd "Cümə"məscidi dini icmasının "İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimiz və gənclik" adlı maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev gənclərimizi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyə edilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində kənd ziyalılarının, ağsaqqalların da üzərinə böyük işlər düşdüyünü bildirib. Daha sonra Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, dini icmanın sədri Bariz Ağayev çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb və dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin müsbət nəticələrini xüsusi qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31