Əbülfəs Qarayev İsrail səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stavı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stavı qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Cari ilin 7 iyun tarixində İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib. Səfir Dan Stav İsrail tərəfinin hər il ölkəmizdə təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist axınının artacağına inamını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31