İlan sancmasından necə qorunmaq olar?

Cari ilin may-iyun aylarında havaların sərin keçməsinə baxmayaraq həşaratçalmaların sayının artması ilə müşahidə olunur. Vaxtilə regionlarda tez-tez müşahidə olunan ilan və əqrəb sancmaları artıq paytaxt Bakıda adi hal alıb.

Zəhəri sormaq həyat üçün təhlükəlidir

Cari ilin may-iyun aylarında havaların sərin keçməsinə baxmayaraq həşaratçalmaların sayının artması ilə müşahidə olunur. Vaxtilə regionlarda tez-tez müşahidə olunan ilan və əqrəb sancmaları artıq paytaxt Bakıda adi hal alıb. Təkcə may ayında Azərbaycanda 21 nəfəri ilan sancıb. Onlardan 14 nəfəri xəstəxanaya qəbul edilib, digər 7 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş taksikoloq Azər Maqsudov deyib ki, mərkəzə yerləşdirilənlərdən 4 nəfərin vəziyyəti ağır, digər 10 nəfərin isə orta-ağırlıqda olub: "Müraciətlər Ceyranbatan və Bakıətrafı qəsəbələrdən olub. İlan sancması nəticəsində ölüm halı baş verməyib. Ötən ay ölkədə havalar sərin keçdiyindən ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmalarında azalma qeydə alınıb". A.Maqsudov əlavə edib ki, mayda əqrəb sancma ilə bağlı xəstəxanaya 6 nəfər müraciət edib. Onun sözlərinə görə, həmin şəxslərdən 1-i xəstəxanaya qəbul edilib, digər 5 nəfər isə məsləhət verilərək evə buraxılıb. Məsələ orasındadır ki, regionlarda zəhər əlehinə kifayət qədər zərbab olduğu halda ilan vuran əksər insanlar Bakıya göndərilir. Bu isə xeyli vaxt apardığından bəzən xəsarət almış şəxslərin həyatını xilas etmək mümkün olmur. Bəs ilan və ya əqrəb sancması zamanı hanki ilk tibbi yardımın göstərilməsi zəruriduir?

Məlumat üçün qeyd edək ki, ilan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur. Bu halda drhal "təcili yardım" çağrılmasına ehtiuac uaranır. "Təcili yardım" gələnə qədər isəzərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzatmaq və tam sakitlik təmin etmək lazımdır.  Zərərçəkən heç bir halda hərəkət etməməlidir. "Təcili yardım" maşınına qədər onu xərəkdə aparmaq tələb olunur. İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxmaq lazımdır ki, oradan bir neçə damcı maye çıxsın. Sonra yaranı təmiz su ilə yuyub, yod və ya "zelyonka" ilə dezinfeksiya etmək və üzərinə steril sarğı qoymaq məsləhətdir. Ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazım gəlir. Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır.  Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır. Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar vermək yerinə düşərdi. Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə aparılması xeyli təhlükəli ola bilər. Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya "təcili yardım" briqadası çatdırsın.Çünki  xəstəxanada zərərçəkənə xüsusi zərdab vurulacaq və s. Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyacanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayət olunan şok başlaya bilər. Odur ki, ilan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir şeylə və s.), bu yerdə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqol içkiləri vermək olmaz.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ilan və əqrəb sancmadan qorumaq üçün bir sıra qaydaları bilmək vacibdir. Belə ki, meşəyə  gedərkən  əyninizə  uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir. Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin. Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın,  diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır. Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər. Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır. Xatırladaq ki, əqrəb cancmadan da qorunmaq üçün bir sıra qaydalara riayət edilməlidir.  İlk növbədə əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edilməlidir. Açıq havada istirahət etdikdə , paltar və ayaqqabıları, çadırdakı yataq dəstini nəzarətdə saxlamaq, vaxtaşırı onları yaxşıca çırpmağa ehtiyac var. Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzmək təhlükəlidir. Belə baş verdiyi halda ilk növbədə zərərçəkmişi sakitləşdirib rahat vəziyyətə gətirmək yaxşı olardı. Bu zaman sancılmış nahiyəni hərəkət etdirməyə ehtiyac yoxdur. Yaxşı olar ki, yara su ilə yuyulsun, soyuq kompress qoyulsun. Yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərmək faydalıdır. Əksinə, yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyulmalıdır. Yaranın özünə müdaxilə etmək və zəhəri sormaq qətiyyən olmaz.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31