"Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncamın məqsədi erməni yalanlarını üzə çıxarmaqdır"
“Azərbaycan Prezidenti İlham Əliyevin Quba şəhərində “Soyqırımı memorial kompleksi”n mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə verdiyi tapşırıq əsasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən bəzi məsələlər haqqında imzalanan sərəncam ölkəmizin bu istiqamətdə apardığı addımların davamıdır”. Bunu Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.
7 İyun 2017 13:44 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Quba şəhərində "Soyqırımı memorial kompleksi"n mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə verdiyi tapşırıq əsasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən bəzi məsələlər haqqında imzalanan sərəncam ölkəmizin bu istiqamətdə apardığı addımların davamıdır". Bunu Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, burada əsas məqsəd tariximizi dünyaya çatdırmaq, başımıza gətirilən faciələri dərindən araşdırmaq və ermənilərin "soyqırıma" məruz qalmış yalançı obrazını üzə çıxarmaqdır: " Komplekslə bağlı verilən sərəncam eyni zamanda o dövrdə Azərbaycanın istiqlalı uğrunda dünyasını dəyişən, şəhid olan insanların bir növ ruhuna hörmətdir. Bu cür addımları dəstəkləyir və güman edirəm ki, sərəncam əsasında yaradılan komissiya məsələ ilə bağlı çox ciddi faktları üzə çıxarıb, tariximizdə olan qanlı hadisələrin dünyaya çatdırılmasında mühüm rol oynayacaq".
F. İbrahimli bildirib ki, ən vacib iş olub-keçənləri dünya ictimaiyyətinə çatdırmaqdır: " Biz öz tariximizi çox yaxşı bilirik. Xalqımız Qubada baş verənlərlə bağlı kifayət qədər məlumatlıdırlar. Bununla bağlı şahid ifadələri, eləcə də 1918-ci ildə Fövqəladə Tədqiqat Komissiyası tərəfindən aparılan araşdırmalar var. Bizim üçün ən əsası erməni yalanını ifşa etmək, onların Azərbaycan xalqını soyqırıma məruz qoyduğunu dünyaya çatdırmaqdır. Bunun üçün bütün variantlardan istifadə olunmalıdır. Televiziyalarda bu məsələlər geniş işıqlandırılmalı, faktlar kitab, vidoe və ya broşur formasında yayılmalıdır".
Xatırladaq ki, Quba şəhərində "Soyqırımı memorial kompleksi" ilə bağlı bəzi məsələlər haqqında" sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, ədliyyə nazirinin müavini Toğrul Musayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər. Sia.az