“Döyüşü İrana keçirəcəyik!” - Tehrana hücumların arxasındakı ÖLKƏ BİLİNDİ
İranda parlament binası və Xomeyninin türbəsinə hücumların Qətər və bəzi Körfəz ölkələri arasındakı böhranın yaranmasından sonra reallaşması diqqətlərdən qaçmadı.
7 İyun 2017 14:01 Dünyaİranda parlament binası və Xomeyninin türbəsinə hücumların Qətər və bəzi Körfəz ölkələri arasındakı böhranın yaranmasından sonra reallaşması diqqətlərdən qaçmadı. Tehranda təşkil edilən hücumları şərh edən türkiyəli professor Əhməd Uysal hücumların arxasında Səudiyyə Ərəbistanının olduğuna işarə edib.
"Səudiyyə Ərəbistanı açıq şəkildə söyləyir. Çox yüksək vəzifəli bir səlahiyyətli döyüşü İrana keçirəcəklərini deyib. Səudiyyə Ərəbistanı bu məsələdə təcrübəlidir. Bu terror hücumundan sonra İranın necə davranacağı çox əhəmiyyətlidir. Mən qarşıdurmanın davam edəcəyini düşünürəm. İki variant var. Biri Səudiyyə Ərəbistanına, digəri isə ABŞ-a mesaj vermək", - o bildirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir.