İŞİD Qafqaza istiqamət götürüb

İŞİD terror təşkilatının Cənubi Qafqaza doğru hərəkət etməsi barədə aylar öncə səslənən fikirlər nə qədər acı da olsa deyəsən reallaşmaq üzrədir. Hər halda bu günlər İranda bir-birinin ardınca həyata keçirilən bir neçə terror aksiyası belə deməyə əsas verir. Əslində İŞİD-in digər regionlara, eləcə də Cənubi Qafqaza keçməyə cəhd göstərəcəyi gözlənilən idi. Belə ki, Suriya və İraqda sarsıdıcı zərbələrlə üzləşən terror təşkilatının nisbətən sakit regionlara, beynəlxalq antiterror koalisiyasının diqqətindən kənar ölkələrə transfer olacağı aydın görünürdü. Digər tərəfdən İŞİD-in Qafqazda çeçen mücahidlərindən ibarət sosial bazası terror təşkilatına tezliklə regionda peyda olmaq şansını tanıyırdı. Hələlik isə terrror təşkilatının İranda peyda olduğu görünməkdədir. Nə qədər acı da olsa terror təşkilatı İslam Respublikasında da can almağa müvəffəq oldu.

Terror təşkilatının növbəti hədəfi kim olacaq?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İŞİD terror təşkilatının nə zamansa İran İslam Respublikasını hədəf seçəcəyi bəlli idi: "Bəri başdan deyim ki, İran parlamentində və ayətullah Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf İŞİD terror təşkilatının dəst xəttidir. Əslində terror təşkilatının nə zamansa İranı da hədəf alacağı gözlənilən idi". Politoloq bildirib ki, terror təşkilatı ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Elxan Şahinoğlunun sözlərinə görə, Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: "Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD terror təşkilatının mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. Terror təşkilatı cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi. Qalmışdı bircə İran, ona da əli çatdı". Politoloq hesab edir ki, İŞİD terror təşkilatının məqsədi İranı daxildən qarışdırmaqdır: "Bundan sonra nə baş verə bilər? İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbrilərini gücləndirərək, Suriya və İraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək" adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq. İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə DAİŞ-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya və nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı yoxsa sabitlik naminə azadlıqların məhudlaşdırılması" dillemması qarşısında qalsın. Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu İranın daxili problemlərini bir az daha artıracaq. DAİŞ-ə də elə bunu istəyir". Elxan Şahinoğlu onu da diqqət çəkib ki, terror Azərbaycanın qonşuluğuna çatıb: " Azərbaycan İŞİD terror təşkilatına qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. "Əcinnə ovu"na əsla əsas verməməliyik, bunun əksi İŞİD-in maraqlarına cavab verər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31