Gündəm
Bakıda ərzaq mağazasını yaran saxlanıb
İyunun 5-də Nəsimi rayonu ərazisindəki ərzaq mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini İsmayıl Qədirovun içərisində 1500 manat və 1300 ABŞ dolları olan pul qabısı oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Mariya Pronina Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Evdən 12 000 manat dəyərində qızıl aparan tutulub
Nizami rayonunda oğurluq hadisəsi baş verib. Belə ki, iyunun 5-də rayon ərazisindəki evlərdən birindən 12 000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsini 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev tutulub.
Bakı sakinindən marixuana götürülüb
Bakı şəhər sakinindən 305 qr marixuana götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Musayevdən 305 qram marixuana götürülüb.
Dini icmaların layihələri maliyyələşdirildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Terror İrana da çatdı
İyunun 7-də İranda ard-arda bir neçə terror aksiyası həyata keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, eyni vaxtda İslam respublikasının parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum baş verib. İran parlamentinə edilən hücum nəticəsində 7 nəfər həlak olub.
Azər Həsrət: “Bizim üçün önəmli olan daxili sabitliyi qorumaqdır”
“Arzu etməzdik ki, coğrafiyamızda yeni böhran ortaya çıxsın. Amma bizim arzularımızdan asılı olmayaraq, yeni böhran yaranıb və Azərbaycan dövləti mümkün qədər ehtiyatlı davranmalıdır ki, bu böhrandan az zərərlə çıxsın”. Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Qətər böhranının Azərbaycana təsiri imkanlarından danışarkən deyib.
Ukraynadan Azərbaycana gətirilən 70 min avroluq kosmetik mal və avadanlıqdan ibarət yük oğurlanıb
Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqdan ibarət ağır tonnajlı yükün olduğu maşın oğurlanıb.
“İrana genişmiqyaslı hücumlar olacaq!” - DƏHŞƏTLİ PROQNOZ
“İran Suriya münaqişəsinə qoşulan əsas dövlətlərdən biridir. Öz növbəsində, İŞİD Suriya və İraqda ağır məğlubiyyətlərlə üzləşib. İŞİD buna görə də bütün rəqiblərindən qisas almağa çalışır”.
73 il əvvəlki qəhrəmanlıq qayıtdı
İkinci Dünya Müharibəsi dönəmində müttəfiqlərin qoşunlarının Normandiyaya çıxarılması gününün ( "D Day") 73 illiyi münasibətilə yeni fotoseriya hazırlanıb.
Səidədən Aqilə "dələduz" ismarışı
Dünən səsvermədə olmağı heç gözləmirdim. Mən də oradakılar kimi xəbərdarlıq edə bilmədim ki, hazır olun. Bu, bir mübarizədir. Oyunumu oynayaraq qalib olmuşam. Bu sözləri ötən gün "Maşın" şounu tərk edən Səidə Sultan yazıb.
"Peşəkar olmayan qurumun orfoqrafiya lüğəti hazırlaması düzgün deyil"
"Mətbuatdan oxuyuram ki, başqa qurumlar da "Orfoqrafiya lüğəti" hazırlamaq istiqamətində iş aparırlar. Tərcümə Mərkəzinin bu istiqamətdə iş apardığı haqqında da məlumatlar oxuyuram. Ədalət naminə deyim ki, bu işin məsuliyyəti də, elmi-tədqiqat baxımından borcu da Azərbaycan Milli Elmlər Akademiyasına aiddir. Akademiya digər qurumlarda hazırlanan "Orfoqrafiya lüğət"lərinin məsuliyyətini üzərinə götürmür".
“Sağlam ailə sağlam cəmiyyətin təməlidir”- HDİM orta məktəbdə dəyirmi masa keçirib
Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində növbəti tədbirini Lökbatan qəsəbəsində keçirib. Dəyirmi masada çıxış edən layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib.
Nikaha daxil olmaq istəyən 1590 nəfərdə talassemiya aşkarlandı
May ayı ərzində 11209 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, müayinədən keçən 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.
Avropa İttifaqının komissarı Azərbaycana gəlir
Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes HanAzərbaycana gəlir. Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin mətbuat ofisindən məlumat verib. Səfər iyunun 16-da gerçəkləşəcək. Səfər çərçivəsində qonağın Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcəyi gözlənilir.
Akif Çovdarovun məhkəməsində Hilal Əsədov ifadə verib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə sabiq MTN generalı Hilal Əsədov ifadə verib. H. Əsədov jurnalistlərə açıqlama verməkən imtina edib. Hazırda proses davam edir.













