Gündəm

İran terrorunda xarici faktor

7 İyun 2017 16:10

“Terrorda xarici faktor amilinə daha çox üstünlük verirəm. İŞİD-çilər uzun müddətdir ki, İrana qarşı təhdid püskürürlər, onları hədələyirlər”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib.

Miqrasiya Xidməti maarifləndirmə tədbiri keçirir

7 İyun 2017 16:08

Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti tədbir Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Qax rayonunun ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbir rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilib. Görüşdə “Miqrantların hüquqları insan hüquqları kontekstində” və “Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülən işlər” mövzularında məruzələr təqdim olunub.

Bərdə və Masallıda sahibkarlar üçün treninq keçirilib

7 İyun 2017 16:06

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə iyunun 6-da Bərdədə, iyunun 7-də isə Masallıda sahibkarlar üçün treninqlər keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən treninqərdə istehsal sahələrində biznesin səmərəli təşkili, brendləşmənin xüsusiyyətləri, investisiya təşviqi sənədinin alınması üçün biznes planın tərtibinə dair metodiki tövsiyələr, təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Ttreninqlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, həmçinin sahibkarların şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Nazirlik proqnoza 104,7% əməl edib

7 İyun 2017 16:05

Cari ilin yanvar-may aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 825 milyon 799,7 min manat məbləğində vəsait ödənilib. Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7% əməl olunub.

Xaricdə təhsil alıb arayışla geri dönənlər - Ötən il 1500 nəfərin sənədi tanınmayıb

7 İyun 2017 16:04

Bu gün gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər xaricdə təhsil almağa can atır. Lakin təhsil üçün xarici ölkələrə üz tutan və oxuduqdan sonra diplom ala bilməyənlər də var. Həmin şəxslər sadəcə təhsil aldıqlarını sübut edən  arayışla geri dönürlər.

Ötən ay Naxçıvanda qanunsuz yaşayan 20 əcnəbi aşkarlanıb

7 İyun 2017 16:01

Bu ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Aydın Əliyev Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

7 İyun 2017 15:56

İyunun 7-də Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisi öz işinə başlayıb. DGK-dan “Olaylar”a verilən məlumata görə, konfrans-Sərgidə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili arasında ikitərəfli görüş olub.

Əli Həsənov icra başçısı ilə birgə yanğın yerinə gəlib

7 İyun 2017 15:57

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə Yasamalda yanğının baş verdiyi köçkün yataqxanaya gəliblər. “Olaylar” xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar  sakinlərlə görüşən Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib. Hadisə yerində olan komitə sədri və icra başçısı vəziyyətlə tanış olub. Məcburi köçkünlər Əli Həsənova yataqxanadakı vəziyyətin dözülməz olduğunu deyərək, məzil istəyiblər.

May ayında SOCAR istiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb

7 İyun 2017 15:55

Cari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR istiqrazları üzrə market meyker olan «PSG Kapital» şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb və satılıb.İstiqrazların 1 790 ədədi fiziki şəxs, 2 009 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib. Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

Xəzər Dəniz Gəmiçiliyində yeni departament yaradılıb

7 İyun 2017 15:54

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Layihələrin idarə edilməsi departamenti yaradılıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, yeni struktur Gəmiçiliyin tabeliyində olan qurum və ya onların müvafiq bölmələrinin göstərdiyi gəmi agentliyi, liman, dibdərinləşdirmə, dərinlik ölçmə, dalğıc, ofşor (lövbər əməliyyatı, yedəkləmə, təchizat, kran gəmiləri xidmətləri) və gəmi təmiri xidmətlərinin iqtisadi səmərəliliyinin və effektivliyinin artırılması, onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, kommersiya işinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yeni layihələrdə iştirak kimi mühüm vəzifələri yerinə yetirəcək.

Rövnəq Abdullayev H.Əliyev adına NEZ-də olub

7 İyun 2017 15:52

İyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

Allahşükür Paşazadə din xadimini işdən çıxardı - Ramazan Fətvasına görə

7 İyun 2017 15:50

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırıb. QMİ-dən verilən məlumata görə, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Səlim Müslümov Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında çıxış edib

7 İyun 2017 15:47

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında iştirak edir.  Nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Oğrular 25 minlik cins inəkləri 8 minə satdılar

7 İyun 2017 15:42

Mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər.

BDU-da “Açıq qapı” günü keçirilib

7 İyun 2017 15:42

İyunun 7 – də Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2016-2017-cı tədris ilinin yay imtahan sessiyasında “Açıq qapı” günü keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, əvvəlcə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun iştirakı ilə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.