Miqrasiya Xidməti maarifləndirmə tədbiri keçirir

Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti tədbir Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Qax rayonunun ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbir rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilib. Görüşdə “Miqrantların hüquqları insan hüquqları kontekstində” və “Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülən işlər” mövzularında məruzələr təqdim olunub.

Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti tədbir Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Qax rayonunun ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, tədbir rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilib. Görüşdə "Miqrantların hüquqları insan hüquqları kontekstində" və "Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülən işlər" mövzularında məruzələr təqdim olunub.

Bildirilib ki, ölkəmizdə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülür. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir.

Səyyar xidmətin imkanlarından 19 şəxs istifadə edib. Belə ki, onlardan 12 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 3 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 4 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31