May ayında SOCAR istiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb
Cari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR istiqrazları üzrə market meyker olan «PSG Kapital» şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb və satılıb.İstiqrazların 1 790 ədədi fiziki şəxs, 2 009 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib. Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.
7 İyun 2017 15:55 İqtisadiyyatCari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. "OLAYLAR"-ın xəbərinə görə, SOCAR istiqrazları üzrə market meyker olan "PSG Kapital" şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb və satılıb.İstiqrazların 1 790 ədədi fiziki şəxs, 2 009 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib. Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.