Rövnəq Abdullayev H.Əliyev adına NEZ-də olub
İyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.
7 İyun 2017 15:52 Sosialİyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, susoyutma qurğusuna gələn SOCAR prezidenti yeni qurğunun istismara verilməsi münasibəti ilə Zavodun kollektivini təbrik edib. Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər qurğuya baxış keçirib, onun iş rejimi ilə tanış olublar. Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər illik məhsuldarlığı 779840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusunda aparılan yenidənqurma işləri ilə tanış olub. Sonda SOCAR rəhbərliyi 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusuna baxış keçirib.