Aydın Əliyev Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
İyunun 7-də Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisi öz işinə başlayıb. DGK-dan “Olaylar”a verilən məlumata görə, konfrans-Sərgidə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili arasında ikitərəfli görüş olub.
7 İyun 2017 15:56 Sosialİyunun 7-də Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisi öz işinə başlayıb. DGK-dan "Olaylar"a verilən məlumata görə, konfrans-Sərgidə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkə arasında tarixi köklərə dayanan mehriban qonşuluq münasibətlərinin gömrük sahəsində də uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. DGK sədri Dünya Bankının eksperti, vaxtilə ÜGT-nin potensialın gücləndirilməsi departamentinə rəhbərlik edən Erik Kiek ilə də görüşüb. Görüşdə DGK sədri potensialın gücləndirilməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin gördüyü işlərdən və gələcəkdə bu sahədə atılacaq addımlardan ətraflı bəhs edib.