Əli Həsənov icra başçısı ilə birgə yanğın yerinə gəlib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə Yasamalda yanğının baş verdiyi köçkün yataqxanaya gəliblər. “Olaylar” xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar  sakinlərlə görüşən Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib. Hadisə yerində olan komitə sədri və icra başçısı vəziyyətlə tanış olub. Məcburi köçkünlər Əli Həsənova yataqxanadakı vəziyyətin dözülməz olduğunu deyərək, məzil istəyiblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə Yasamalda yanğının baş verdiyi köçkün yataqxanaya gəliblər. "Olaylar" xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar  sakinlərlə görüşən Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib. Hadisə yerində olan komitə sədri və icra başçısı vəziyyətlə tanış olub. Məcburi köçkünlər Əli Həsənova yataqxanadakı vəziyyətin dözülməz olduğunu deyərək, məzil istəyiblər.

Qeyd edək ki, bu gün Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub. İlkin məlumata görə, yanğın zamanı 9 mənzil qismən, 1 mənzil isə tamamilə yanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31