Azər Həsrət: “Bizim üçün önəmli olan daxili sabitliyi qorumaqdır”
“Arzu etməzdik ki, coğrafiyamızda yeni böhran ortaya çıxsın. Amma bizim arzularımızdan asılı olmayaraq, yeni böhran yaranıb və Azərbaycan dövləti mümkün qədər ehtiyatlı davranmalıdır ki, bu böhrandan az zərərlə çıxsın”. Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Qətər böhranının Azərbaycana təsiri imkanlarından danışarkən deyib.
7 İyun 2017 15:33 Siyasət"Arzu etməzdik ki, coğrafiyamızda yeni böhran ortaya çıxsın. Amma bizim arzularımızdan asılı olmayaraq, yeni böhran yaranıb və Azərbaycan dövləti mümkün qədər ehtiyatlı davranmalıdır ki, bu böhrandan az zərərlə çıxsın". Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Qətər böhranının Azərbaycana təsiri imkanlarından danışarkən deyib.
"Bizim üçün önəmli olan əsas məsələ daxili sabitliyi qorumaq, ölkənin ehtimal olunan yeni təhlükələrdən uzaq tutulmasıdır. O baxımdan böhranın bizə təsirsiz ötüşəcəyini demək çətindir. Ümumiyyətlə isə, görünür, böyük planların yeni mərhələsinin icrası üçün düyməyə basılıb. Bu isə həm savaş ehtimalını, həm də dövlətlərin sərhədlərinin dəyişdirilməsini qaçılmaz edir. Dediyim kimi, bizim üçün önəmli olan daxili sabitliyi qorumaqdır".