Terror İrana da çatdı
İyunun 7-də İranda ard-arda bir neçə terror aksiyası həyata keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, eyni vaxtda İslam respublikasının parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum baş verib. İran parlamentinə edilən hücum nəticəsində 7 nəfər həlak olub.
7 İyun 2017 15:35 Dünyaİyunun 7-də İranda ard-arda bir neçə terror aksiyası həyata keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, eyni vaxtda İslam respublikasının parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum baş verib. İran parlamentinə edilən hücum nəticəsində 7 nəfər həlak olub. Dərhal hadisə yerinə İranın xüsusi təyinatlıları cəlb edilib və terrorçuların hücum zamanı girov götürdükləri bir neçə nəfərin azad edilməsi istiqamətində əməliyyat başlanılıb. Paralel olaraq Xomeyninin türbəsinə edilən hücum zamanı da onlarla şəxs müxtəlif dərəcəli xəsarət alıb. Hücumdan dərhal sonra terrorçulardan biri sağ əlı keçməmək üçün özümü partladıb. Xomeyni türbəsində özünü partladan kamikadzenin qadın olduğu məlum olub. Digəri isə üzərində götürdüyü kimyəvi maddəni içərək özünə qəsd edib. Ümumilikdə, Xomeyninin türbəsinə hücum edən terrorçuların 4 nəfər olduğu bildirilir. Hücum zamanı türbədə xeyli sayda ziyarətçinin olduğu qeyd edilir. Bundan başqa polis və təhlükəsizlik qüvvələri hadisə baş verən ərəfədə Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bomba zərərsizləşdirib. Məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb. Terror hadisəsi baş verdikdən az sonra İŞİD İran terroruna görə məsuliyyəti öz üzərindən atıb və hadisəni törətmədiyini elan edib. İranlı səlahiyyətlilər isə dövlət televiziyasına verdikləri açıqlamalarda hücumun İŞİD tərəfindən təşkil edildiyini söyləyib
Baş vermiş terror olayları ilə bağlı açıqlama verən İran parlamentinin sədri Əli Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək".
Tehranda baş verən terror aksiyasından sonra İranın Təhlükəsizlik Nazirliyi açıqlama ilə çıxış edib. Nazirlik bildirib ki, Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib. Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər vermələrini istəyib. Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda pataxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.