Ölkədə uşaq hüquqları hansı səviyyədə qorunur?
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Maraqlıdır, bəs, ölkədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik sahəsində vəziyyət necədir?
7 İyun 2017 14:34 SosialKomitə sədri: "Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması vacib məsələdir"
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, "elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar". Maraqlıdır, bəs, ölkədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik sahəsində vəziyyət necədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir: "Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına" və bir sıra digər Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd eyni zamanda, yuvinal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər. Bu sahədə çoxlu qanun və dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı hakimlər, vəkillər üçün xüsusi təlimlər keçirilir. Və artıq müsbət nəticələrə nail olmuşuq. Uşaq hüquqları haqqında Konvensiya üzrə 2015-ci ildə 3506, 2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb. Əlbəttə ki, bu sahədə gələcək hədəflərin müəyyən edilməsi də vacib məsələlərdəndir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır".
Komitə sədri bildirib ki, vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir: "Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar.Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi nəticəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Mütəmadi olaraq, Kütləvi İnformasiya Vasitələrində uşaq hüquqları haqqında maarifləndirici verlişlər təşkilr olunur, audio materiallar səsləndirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları eyni zamanda, zərərçəkmiş uşaqlarıa profilaktiki işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə, 2016-cı ildə Mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə 4351 uşaq istifadə etmişdir".
Onun sözlərinə görə, uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir: "Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır. Hər iki ildən bir keçirilən Uşaq Forumlarında uşaqlar sərbəst şəkildə mühüm problemlərə münasibətlərini bildirir, öz həmyaşıdlarının problemlərini ictimailəşdirirlər. Onların irəli sürdükləri təklif və məsələləri dövlət məmurları və parlament üzvləri ilə müzakirəyə qoyuruq. Hazırda IV Uşaq Forumuna hazırlıq gedir. Eyni zamanda, növbəti il BMT-nin müvafiq Komitəsi qarşısında Uşaq Hüquqları üzrə ölkə hesabatı veriləcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır. Uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Azərbaycan Hökuməti bir sıra ölkələrin aidiyyatı dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir. Qeyd etmək istərdim ki, BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fonduilə birgə keçirilən Ümumrespublika Uşaq Forumlarını, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin güclənməsində, həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir. Ölkədə "Küçə uşaqlarının, nikahdan kənar doğumun qeydiyyatının, erkən nikah halları üzrə vəziyyəti araşdırmış, "Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yolları" mövzusunda sosialoji tədqiqat keçirilmişdir. Bununla əlaqədar olaraq təklif və tövsiyələr hazırlanmışdır. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müvafiq Komitəsi ilə əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının qorunması və onların səlahiyyətləndirilməsi üzrə məlumatlandırıcı və maarifləndirici kampaniyaları keçirilir".
Nurlan