Beynəlxalq Böhran Qrupunun böhran yaratmağa hesablanmış hesabatı
Bu günlərdə Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağın səmasında müharibə buludları sıxlaşır” başlıqlı növbəti hesabatı yayılıb. Bu dəfəki hesabatda Böhran qrupu nədənsə bölgədə müharibə olarsa Rusiya və Türkiyənin də bu müharibəyə qoşulacağı riskini önə çəkir. Ancaq qrup bir məqama aydınlıq gətirmir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edəcəyi halda, Rusiya niyə bu müharibəyə qoşulmalıdır?
7 İyun 2017 14:14 SiyasətYaxud Qarabağ münaqişənin həllinə Ermənistan maraqlarından olan yanaşma
Bu günlərdə Beynəlxalq Böhran Qrupunun "Dağlıq Qarabağın səmasında müharibə buludları sıxlaşır" başlıqlı növbəti hesabatı yayılıb. Bu dəfəki hesabatda Böhran qrupu nədənsə bölgədə müharibə olarsa Rusiya və Türkiyənin də bu müharibəyə qoşulacağı riskini önə çəkir. Ancaq qrup bir məqama aydınlıq gətirmir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edəcəyi halda, Rusiya niyə bu müharibəyə qoşulmalıdır? Ekspertlər Böhran qrupunun yaymış olduğu hesabata diqqət çəkərək sözügedən qrup tərəfindən Qarabağ probleminə indi diqqət yetirilməsinin arxasında müəyyən məqamların olduğunu qeyd edirlər. Birmənalı olaraq isə səslənən fikir ondan ibarətdir ki, Azərbaycanın hərbi qüdrətinin artması və müharibə başlayacağı təqdirdə Ermənistanın ciddi təhlükələrlə üzləşəcəyi narahatçılığı Böhran qrupunu hərəkətə keçirib. Bir sözlə yenə də erməni maraqları əsas etibarilə önə çəkilib. Əks təqdirdə ötən 25 ildə bölgədə "müharibə buludları" indikindən dəfələrlə çox olan vaxtlarda Böhran qrupu hay-həşir salardı. Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, hazırda Azərbaycan dövləti, xüsusilə Azərbaycan xalqı həmişəkindən daha qətiyyətlə işğal altında olan torpaqlarının erməni faşistlərinin işğalından azad edilməsini tələb edir. Digər tərəfdən cəbhədə erməni təxribatlarının davam etməsi Qarabağda yeni hərbi toqquşmaları qaçılmaz edir. Bu dəfəki döyüşlər isə heç şübhəsiz ki, Ermənistan üçün ciddi itgilərlə sonuclana bilər. Ona görə də sözügedən qrup erməni maraqlarından çıxış edərək işğalçıları məhv olmaq təhlükəsindən sığortalamaq istəyir. Böhran Qrupunun ekspertləri atəşkəsin hər an nəzarətdən çıxa biləcəyini xüsusi vurğulayırlar. Bu zaman dağıdıcı silah tətbiqi ilə daha çox ölümlərə səbəb olan döyüşlərin baş verməsi təhlükəsi reallığını qeyd edirlər. Bununla yanaşı, qeyd edilir ki, "xarici müdaxilə ağır qurbanlara gətirib çıxaracaq və gələcək gərginliyi cilovlamaq mümkünsüz olacaq. Hər hansı regional gücün bölgədə qoşunlarını yerləşdirməsi özünün müstəqilliyinin 25-ci ildönümünü qeyd etmiş Ermənistanla Azərbaycanın yenidən təsir altına düşəcəkləri deməkdir". Əlbəttə tək Böhran Qrupuna yox, hamıya aydındır ki, müharibə başlayarsa və ağır silahlar işə salınarsa, canlı itki çox ola bilər. Həmçinin Azərbaycan tərəfi bu müharibəyə heç bir xarici qüvvənin qoşulmasını istəmir və buna heç ehtiyacı da yoxdur. Xarici qüvvələri, açıq şəkildə desək Rusiya, hətta İranı müharibəyə qatılmağa təbliğ edən Ermənistandır. Bu Böhran Qrupu səmimi olsaydı bunu birmənalı yazardı. Böhran Qrupunun təcavüzkarla, təcavüzə məruz qalanı eyniləşdirməsi, hələ dolayısı ilə təcavüzkarın arzularını bizə çatdırması göz qabağındadır. Ardınca yazılanlar Böhran Qrupunun Ermənistanın marağından çıxış etdiyini ortaya qoyur " Rusiya, Fransa və ABŞ
mövcud fikir ayrılığını kənara qoymaq və vəziyyəti sabitləşdirmək üçün tərəflərə təzyiq göstərməli, zorakılığın yenidən baş verməsi riskini azaltmalıdır". Xoruzun quyruğu buradan aydın görünür. Birincisi bu Qrup aşkar etiraf edir ki, Qarabağ probleminin həllində həmsədr dövlətlərinin arasında "fikir ayrılığı" var. Bu üç dövlətin maraqları tarix boyu üst-üstə düşməyib, düşməyəcək də. Elə isə bu üç dövlət heç vaxt məsələni həll etməyəcək. Necə ki, indiyə qədər də etməyiblər. Odur ki, bu tərkib dəyişməli yeni arbitirlərlə əvəz olunmalıdır. İkincisi, Qrup bu üç dövləti "vəziyyəti sabitləşdirmək üçün tərəflərə təzyiqlər göstərməyə" çağırır. Daha məsələnin ədalətli, beynəlxalq hüquqa uyğun həllinə çağırmır. Yaxud işğalçı, təcavüzkar olan Ermənistana təzyiqə yox, hər iki tərəfə, təcavüzə məruz qalan Azərbaycana da təzyiq göstərməyə çağıırış edir. Məntiqlə belə çıxır. Azərbaycana deməlidirlər ki, torpağın işğal edilsə də, sakit şəkildə yerində otur. Əcəb məntiqdir bu. Ardınca isə "zorakılığın yenidən baş verməsi riskini" azaltmalıdırlar fikrini irəli sürməklə Qrup Azərbaycanın əl-qolunu bağlamağı tövsiyə edir". Rövşən Məmmədli deyir ki, .25 ildir Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bir addım geri çəkilmirsə, həmsədr dövlətlər Ermənistanın bu addımı atması üçün ona hər hansı bir təzyiq etmirlərsə, 1 milyon Azərbaycan qaçqını xarabaya çevrilmiş yurdlarına dönə bilmirlərsə, Azərbaycan dövləti nə etməlidir? "Azərbaycan xalqı 25 ildir məsələnin həllini gözləyir. Əlbəttə məsələ sülh yolu ilə beynəlxalq hüquq normalarınıa uyğun həll edilməzsə, Azərbaycan dövləti məcbur olacaqdır ki, torpaqlarını müharibə yolu ilə geri alsın. Məhz bu baş verməsin deyə Böhran Qrupu ABŞ, Fransa Rusiyanı "tərəflərə təzyiqə" çağırır". Ekspert hesabatda yer alan digər bir məqama da diqqət çəkib: "Hesabatda deyilir ki, "Ermənistan və Azərbaycan liderləri bir-birinə etimad göstərmir, bir-birinin maraqlarının nəzərə almaq istəmir. Onların, eləcə də rəsmi hökumət nümayəndələrinin və hərbi rəhbərlərin arasında əlaqə yoxdur. Nəticədə hər an nəzarətdən çıxa biləcək bir vəziyyət yaranıb". Sual olunur. Nijdeh Faşist təfəkkürlü, vandal psixalogiyası daşıyan Sərkisyana necə etimad etmək olar?. Yaxud Azərbaycanın Prezidenti cənab İlham Əliyev Sərkisyanın hansı "marağını" nəzərə almalıdır. Bu maraq nəzərə alınsa, onda gərək Bakı da daxil olmaqla bütün Azərbaycan Sərkisyana verilməlidir ki, xəyalındakı "Böyük Ermənistan"ı qursun. Azərbaycan bu günə kimi həmişə Ermənistanın marağını nəzərə alıb ki, məsələ 25 ildir uzanıb. Ancaq daha bu "maraq" limiti də bitib. Özü də çoxdan bitib. İndi yeganə maraq münaqişənin dərhal tənzimlənməsi, həll olunmasıdır.Bunun üçün isə heç bir qeyd şərt olmadan Ermənistan ordusu Azərbaycanın ərazilərindən çıxarılmalıdır. Dağlıq Qarabağda yaşayan erməni əhalisi də Azərbaycanın tərkibində öz milli azlıq hüquqlarından istifadə etməklə bütün Azərbaycan vətəndaşları kimi öz hüquq və azadlıqlarından bəhrələnməklə ölkəmizdə dinc yaşamalıdırlar". Ekspert bildirib ki, qrupun hesabatında yer alan "Dağlıq Qarabağ münaqişəsi heç bir halda sülh yolu
ilə, hətta müharibə vasitəsi ilə də həll oluna bilməz, yeni müharibə qaçılmazdır" fikri də maraqlıdır: "Həmçinin qeyd edilir ki, "hər bir münaqişənin həlli qarşılıqlı güzəştləri nəzərdə tutur. Ancaq tərəflər buna hazır deyil. Əksinə, Bakı ərazilərin Ermənstan tərəfindən işğalını tanımağı beynəlxalq ictimaiyyətdən daha təkidlə tələb edir, Qərbin sanksiyalar qəbul etməsini istəyir. Beynəlxalq subyektlərin Dağlıq Qarabağda fəaliyyətini məhdudlaşdırmağa çalışır, Qarabağa səfərlərin və orada iqtisadi fəaliyyətinin qarşısını almaq üçün Ermənistana təzyiq göstərir. Ermənistan da öz növbəsində adekvat addım atacağını bildirir".Göründüyü kimi Beynəlxalq Böhran Qrupu səmimi deyil. Belə ki,Azərbaycan 25 ildir məsələnin sülh yolu ilə həllini gözləyir və bir milyon qaçqını bundan böyük əziyyət çəkir. Ermənistan isə bütün imkanları ilə sülhü pozur, həll olunmazlıq şəraiti yaradır. Belə olan halda "hər iki cəmiyyət" deyib Azərbaycanın sülhsevər cəmiyyətini,faşist təfəkkürü ilə yaşayan Ermənistan cəmiyyəti ilə eyniləşdirmək böyük bir vicdansızlıq və aşker ermənipərəst mövqedir. Əlbəttə, sülh olmasa torpaqlarımızın əbədi olaraq Ermənistanın işğalı altında qalması ilə təbii ki, razılaşmayacağıq və labüd müharibə lazım olacaq..Bunu isə bizim günahımız kimi yox, təcavüzkar Ermənistanın öz təcavüzkarlığından çəkilməməsi ilə izah etmək lazım idi. "Hər bir münaqişənin həlli qarşılıqlı güzəştləri nəzərdə tutur.Ancaq tərəflər buna hazır deyil" fikri də Qarabağ məsələsində həmişə işlədilən yanlış bir fikirdir. Onun arxasında isə Ermənistanın maraqları dayanır. Belə ki, Ermənistan Azərbaycanın beynəlxalq hüdudlarda tanınmış ərazisinin 20 faizini işğal edib, əhalisini də deportasiyaya məruz qoyub. Azərbaycan torpaqları olan Ermənistandan o yerlərin aboregen sakinləri olan azərbaycanlıları birdəfəlik qovub. Belə olan halda Azərbaycan Ermənistana nəyi güzəşt etməlidir?. Azərbaycanın güzəşti 25 il Ermənistanın bu təcavüzkarlığına dözməsidir. Burada Azərbaycan nəyi güzəşt etməlidir?. Ermənistanın isə güzəştinə ehtiyac yoxdur. Yetər ki, işğalçı qoşununu Gorusdan o tərəfə çəksin. Beynəlxalq Böhran Qrup Bakının haqlı tələblərini "ərazilərinin Ermənistan tərəfindən işğalının beynəlxalq aləm tərəfindən tanınması" və sair tələblərini tanımaq, bunların həyata keçirilməsinin münaqişənin həllini müsbət təsir göstərəcəsyini demək əvəzinə qəribə olsa da bunu "Ermənistana təzyiq" sayırlar. "Erməınistanın adekvat addımlar" atacağı ilə hədələməsini göstərməklə isə göstərmək istəyirlər ki, guya biz Ermənistana təcavüz edən ölkəyik".
Rövşən Məmmədlinin sözlərinə görə, Beynəlxalq Böhran Qrupu əgər özünə hörmət edirsə, cəsarəti çatırsa, həqiqəti söyləməlidir: "Ən asası Qarabağ məsələsinin sülh yolu ilə həllini gerçəkdən istəyirsə bu həqiqəti açıq-aşkar desin. Həmçinin günahkar Rusiyanın necə "arbitr" olmasını göstərməli və bununla da Qarabağın düşdüyü düyünün həqiqi səbəbini və səbəbkarını qeyd etsin. Daha
təcavüzkar Ermənistanla, təcavüzə məruz qalmış Azərbaycanı eyniləşdirməsin. Sonda Qrup belə qənaətə gəlir ki, vasitəçilərin vəzifəsi Ermənistan və Azərbaycan prezidentləri arasında əlaqəni bərpa etmək və münaqişə tərəfləri arasında gərginliyi azaltmaqdan ibarətdir. "Onlar hər iki tərəfi qarşılıqlı etimadın və təhlükəsizliyin qəbul olunması üçün təxirəsalınmaz tədbirlərin bərpasına dair razılaşmaya gətirməlidir. Bura həmçinin, ATƏT-in monitorinqini həyata keçirən şəxslərin sayının artırılması, ATƏT-in rəhbərliyi ilə fəaliyyət mexanizminin araşdırılması, hər iki tərəfdən olan yüksək rütbəli zabirlər arasında əlaqənin yaradılması da daxildir. Bununla yanaşı, tərəflər həll olunmamış məsələlərə, o cümlədən, Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizliyin təmin edilməsi və məcburi köçkünlərin öz yurdlarına qaytarılması barədə substantiv danışıqları davam etdirməlidir. Fikir verirsiniz hazırda nəyi arzulayırlarsa hamısı bu "qənaət"də öz əksini tapıb. Bəlkə də bu "qənaəti" elə hansısa erməni yazıb.. Odur ki, geniş şərhə ehtiyac yoxdur. Bu ermənipərəst Beynəlxalq Böhran Qrupu sonda Ermənistan qoşunlarının dərhal.danışıqsız Azərbaycanın işğal etdiyi ərazilərindən çıxarılmasını və məsələnin beynəlxalq hüquq müstəvisində həllini göstərmək əvəzinə, yenə də Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılmasını,Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizliyin təmin edilməsndən danışır. Burada məsələni beynəlliləşdirmək motivi daha güclü nəzərə çarpır. Həmçinin veriləcək "statusa" beynəlxalq təminatdan söhbət açılır. Bunlar da ermənilərin arzularıdır. Dağlıq Qarabağa ancaq və ancaq Azərbaycanın Konstitusiyasına uyğun status verilməlidir. Başqa heç nəyə, kimsə, o cümlədən Beynəlxalq Böhran Qrupunun erməni paraları hesabına erməni maraqlarına xidmət edən ekspertlər də ümid etməsinlər. Heç bir beynəlxalq təminat da olmayacaq ki, bundan istifadə edib daim Azərbaycanın daxili işlərinə qarışsınlar və Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına hüquqi əsas" yaratsinlar. Bunu istəyənlər və hazırlayanlar birmənalı olaraq Azərbaycan xalqının coşmuş ruhunun qarşısında həmişə geri çəkiləcəklər.
Süleyman