Gündəm

“Uşaqlarınıza yalnız ana südü verin!”

2 Avqust 2017 18:45

Avqustun ayının 1-dən 7-dək dünyanın 170 ölkəsində ana südü ilə qidalandırma həftəsi keçirilir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə UNİCEF arasında imzalanan İnnoçenti deklarasiyasına əsasən qeyd olunur. ÜST-ün məlumatına görə, dünyada ana südü ilə qidalanma 38%-dir. UNİCEF-in məlumatına görə isə, bu hal Azərbaycanda 12% təşkil edir. Bununla bağlı ÜST 2025-ci ilə qədər bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub və bütün ölkələri ana südü ilə qidalanmanın dəstəklənməsi və həvəsləndirilməsi üçün geniş səhiyyə maarifi işinin təşkil olunmasına çağırır.

DÇ-də sərbəst güləşçilərimizin daha 2 medal qazanmaq şansı var

2 Avqust 2017 18:40

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.  İlk yarış günündə Azərbaycan güləşçilərindən Şahin Muxtarov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Rusiyanın Dəməşqdə səfirliyi atəşə tutuldu

2 Avqust 2017 18:35

Rusiyanın Dəməşqdə səfirliyi atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN xəbər verib. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu satmaq istəyən erməni hərbçisi saxlanılıb

2 Avqust 2017 18:30

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində insident baş verib. “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.  

İlham Əliyev 30 milyon manat ayırdı

2 Avqust 2017 18:27

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"İnter" növbəti transferini reallaşdırdı

2 Avqust 2017 18:28

"İnter" uruqvaylı yarımmüdafiəçi Matias Vesinonun transferini rəsmiləşdirib. Onunla 2021-ci ilə kimi müqavilə imzalanıb. "Nerazzurri" onun buraxılş qiymətini 24 milyon avro müəyyənləşdirib.

Prezident Şövkət Ağayevə "20 Yanvar Şəhidi" fəxri adı verdi

2 Avqust 2017 18:25

Azərbaycan Prezidenti İlham Əliyev "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bakıda cinsi azlıq nümayəndələrindən növbəti CİNAYƏT – Pul alıb getdilər

2 Avqust 2017 18:18

Bakıda cinsi azlıq nümayəndələrinin törətdiyi daha bir əməllə bağlı polisə məlumat daxil olub. Sabunçu rayon Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsində cinsi azlıq nümayəndəsi olan 2 nəfər 28 yaşlı iş adamı Ramal Rzayevdən quldurluq yolu ilə pul tələb ediblər. Həmin şəxslər R.Rzayevin üzərindəki 970 manat pulu götürərək uzaqlaşıblar.

İsveç atıcıları Avropa çempionatının qızıl və gümüş medalını qazandılar

2 Avqust 2017 18:17

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçma yarışlarının kişilər arasında fərdi mübarizəsinin qalibi İsveç təmsilçisi olub. İsveç atıcısı Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson isə 589 xalla gümüş medal qazanıb. 

"Rusiya Monteneqroda dövlət çevrilişinə və baş naziri öldürməyə cəhd edib"

2 Avqust 2017 18:15

Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Adriatik Xartiyasının toplantısında çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiyanı qərbi Balkan regionunda sabitliyi pozmaqda və Monteneqronun NATO-ya üzvlüyünü əngəlləmək məqsədilə bu ölkədə dövlət çevrilişi təşkil etməkdə günahlandırıb.

Londonun “FeMusa” orkestrinin rəhbəri: “Qəbələdə belə möhtəşəm auditoriya ilə qarşılaşaçağımı təsəvvür etmirdim”

2 Avqust 2017 18:13

“Mən artıq 27 ildir ki, Londonda yaşayıram və “FeMusa” Kamera Orkestrini də 2008-ci ildə orada təşkil etmişəm. İlk dəfədir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almışam. Bu festival çox yüksək səviyyədə təşkil edilib”.

"Özümü idarə edə bilmirəm" - Küçədə qadına təcavüz etdi

2 Avqust 2017 18:08

Dünən günorta saatlarında Türkiyənin Konya şəhərində evinin bağçasında tut yığan S. Ç-ya cinsiyyət orqanını göstərən 22 yaşlı Ş.K. polis tərəfindən tutulub. Polis şöbəsində dindirilən şübhəlinin digər cinayətlərinin də üstü açılıb. Məlum olub ki, son bir ildə evinə zorla girdiyi bir qadını zorlamaq istəyib. Bundan əlavə isə küçədə 2 qadına təcavüz etdiyi ortaya çıxıb. Günahlarını etiraf edən Ş.K. prokurorluğa aparılıb.

Mətbəxinizdə ÖLÜM BAKTERİYASI: hər həftə mütləq BUNU EDİN!

2 Avqust 2017 18:07

Qab yuduğumuz süngər qaynar suyun belə öhdəsindən gələ bilmədiyi milyardlarla mikrobların mənbəyidir.Mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün  nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur.

Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

2 Avqust 2017 18:03

2017-ci ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir.)Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 707 min 802 ton təşkil edib.

Keçən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

2 Avqust 2017 18:01

2017-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.