DÇ-də sərbəst güləşçilərimizin daha 2 medal qazanmaq şansı var

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.  İlk yarış günündə Azərbaycan güləşçilərindən Şahin Muxtarov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışırlar. 55 kq-da mübarizə aparan Əfqan Xaşalov ilk görüşündə Bolqarıstan idmançısına qalib gəlsə də növbəti görüşdə ABŞ təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Əlcəzair və Özbəkistan idmançılarını məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Əfqan Xaşalov İran təmsilçisinə qarşı mübarizə aparacaq.

84 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov ilk görüşündə ABŞ təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Koreya təmsilçisini mübarizədən kənarlaşdıran Hacımurad bürünc medal uğrunda görüşdə Hindistan idmançısı ilə qarşılaşacaq. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31