İsveç atıcıları Avropa çempionatının qızıl və gümüş medalını qazandılar

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçma yarışlarının kişilər arasında fərdi mübarizəsinin qalibi İsveç təmsilçisi olub. İsveç atıcısı Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson isə 589 xalla gümüş medal qazanıb. 

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçma yarışlarının kişilər arasında fərdi mübarizəsinin qalibi İsveç təmsilçisi olub. İsveç atıcısı Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson isə 589 xalla gümüş medal qazanıb. Çexiya atıcısı Bedriç Jonas və rusiyalı Mixail Azarenko hərəyə 586 xal toplayaraq çempionatın bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31