Gündəm
NATO hərbçiləri Kiyevdəki hərbi paradda iştirak edəcək
Avqustun 24-də Kiyevdə Ukraynanın Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi paradda 10 ölkənin hərbçiləri və 11 dövlətin müdafiə nazirləri iştirak edəcək. Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak deyib. O bildirib ki, iştirakçı ölkələrdən 9-u NATO üzvü, 1-i isə üzvlüyə çalışan ölkədir: “Bundan başqa, mənim dəvətim əsasında 11 müdafiə naziri də gələcək və biz birlikdə Ukraynanın Müstəqillik Gününü bayram edəcəyik”.
Sarkisyan hökuməti növbəti dəfə cərimələndi
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hökmü ilə Ermənistan höküməti Ədliyyə Nazirliyinə 3600 avro dəyərində vəsait ayıracaq. Bu barədə qərar hökümətin 17 avqust iclasının gündəliyinə daxil edilib.
“Rus əsgəri, evə get” – Belorusda Rusiyaya qarşı QİYAM
Belarusun Brest şəhərində Rusiya ordusuna qarşı plakatlar yayılıb. Plakatlarda rus əsgərlərindən Rusiyaya qayıtması tələb olunub. “Rusiya ordusu harada, orada müharibə! Rus əsgəri, evə get!” - plakatda yazılıb.
Dünya arxeoloqları Naxçıvanda tətqiqat aparır
Eneolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası avqustun əvvəlindən etibarən fəaliyyətə başlayıb. “Olaylar” bildirir ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tanınmış arxeoloq, Dr. Catherine Marronun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdir.
Məşhur şoumen zəhərləndi
Məşhur şoumen Mehmet Əli Erbil ani olaraq xəstəxanaya yerləşdirilib. “Olaylar” bildirir ki, Acıbadem xəstəxanasına yerləşdirilən şoumenin ətdən zəhərləndiyi məlum olub. Gecəni xəstəxanada keçirən aktyor, səhər saatlarında evinə buraxılıb.
Diaspor təşkilatında yeni təyinat
Dünya Azərbaycanlıları Assambleyasında növbəti struktur təyinatı həyata keçirilib. Assambleyanın mətbuat xidmətindən “OLAYLAR” -a daxil olan məlumata görə, Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat , planlaşdırma və araşdırmalar depratamenti rəhbəri təyin olundu. Bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
Albaniya dövrü tariximizə dair maarifləndirici kitab
Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı bilgi verir.
Məşhur rejissor növbəti dəfə İTTİHAM OLUNUR
Məşhur rejissorun adı növbəti uşaqlara qarşı dəfə cinsi istismarda hallanır. Rejissoru ittiham edən qadının adının Robin olduğu bildirilir. “Olaylar” bildirir ki, mətbuat konfransı təşkil edən qadın 1973 – cü ildə - 16 yaşı olarkən Cənubi Koliforniyada rejissor tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb. Robin aradan uzun illər keçdiyinə görə rejissoru məhkəməyə verə bilmir. Bu hadisəni yalnız bir dostu ilə paylaşdığını, Polanskinin həbs olunmasını istəmədiyi üçün o zaman bu durumu ailəsinə bəlli etmədiyini bildirib.
"Qarabağ"ın oyununda yegənə qolun müəllifi Mahir Mədətov bu məşhurun oğlu imiş
“Qarabağ” – “Kopenhagen” oyununda yegənə qolun müəllifi olan Mahir Mədətov tanınmış prodüserin övladıdır. Mahir Mədətov tanınmış prodüser Anar Mədətovun oğludur.
Bu şəxslər təhsil haqqı ödəməyəcəklər - SƏBƏB
Qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib.
ABŞ Koreya yarımadasında “Patriot”ları yerləşdirdi
ABŞ Cənubi Koreyada Şimali Koreya təhdidinə qarşı “Patriot” təkmilləşdirilmiş raket əleyhinə kompleksləri yerləşdirib. Bu haqda Cənubi Koreyanın KBS telekanalı bildirib.
"Barsa"ya transfer oldu - Sürücüsünə "Mercedes Benz" bağışladı
"Barselona"ya transfer olunan Poulino Çində xeyirxah əməlləri ilə gündəmə gəlib. Çində "Quançjou Evenqrand" klubunun şərəfəni qoruyan braziliyalı futbolçu sürücüsünə "Mercedes-Benz" bağışlayıb. O, bu ölkədə çıxış edərkən xeyriyyə işlərinə də vəsait ayırıb. Bu barədə məlumatı Çin klubunun rəsmilərindən biri verib: "Poulino həmişə xoş niyyətli olub və hər şeyə görə "çox sağ ol" deyib. O, pula çox sakit yanaşır və onu bölüşməyi də sevir. Məsələn, öz sürücüsünə "Mercedes-Benz" bağışlayıb.
Türkiyəli şərhçi "Qarabağ"ı "Qalatasaray"a bənzətdi - VİDEO
ÇL-ın pley-off mərhələsində ilk matçda "Kopenhagen"i 1:0 məğlub etdikdən sonra Avropanın diqqəti "Qarabağ"a yönəlib. Bu oyun dünən axşam türkiyəli idman şərhçilərinin də müzakirə etdiyi matçlardan idi.
Ana doğduğu uşağını kolluğa atıb qaçdı - Cinsiyyətinə görə
Tikanlı kolların arasından valideynləri tərəfindən ölümə tərk edilmiş yeni doğulmuş körpə tapılıb. Kolluqda tapılan çılpaq qız uşağının bədənində cızıqlar olub. O, Hindistanın Una şəhərindəki kolluqların arasından tapılıb.
Arda Turan haqqında şok açıqlama — Baş məşqçidən gözlənilməz addım
"Barcelona" futbol klubunun baş məşqçisi Ernesto Valverde yeni açıqlama verib. Valverde Arda Turanı heyət üçün düşünmədiyini bildirib. "Barcelona" klubunda gözdən düşən və gələcəyi müzakirə mövzusu olan Arda Turan haqqında klubun baş məşqçisi Ernesto Valverde açıqlama verib. Təşkil edilən mətbuat konfransında vacib açıqlamalar verən ispan məşqçi Arda Turan haqqında sualları cavablayıb və şok açıqlamalar verib.














