Gündəm
İstehlakçıların həyatı üçün təhlükə yaradan sahibkarlar
Yay mövsümündə havaların qızması ilə əlaqədar olaraq ölkənin ticarət şəbəkələrində keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan malların satışına tez-tez rast gəlinir. Yararlıq müddəti ötmüş, mənşəyi bəlli olmayan malların satışa çıxarılması bir yana, üstəlik onların saxlanma şəraitinə də diqqət yetirilmir.
Radikalların Avropa macəraları
Seçki ili yaxınlaşdıqca siyasi cameədə hərəkətlilik də artır. Əslində bu normal bir haldır. Çünki istənilən ölkədə fəaliyyət göstərən siyasi partiyalar hələ seçkiyə qeyri-rəsmi olsa da bir neçə il əvvəldən strat verirlər. Siyasi dillə desək bir seçkinin bitməsi digər bir seçkiyə hazırlıq anlamı verir. Qeyd etdiyimiz kimi Azərbaycanda da artıq xeyli müddətdir ki, müxtəlif siyasi partiyalar tərəfindən 2018-ci ilin prezident seçkilərinə hazırlıq prosesinə başlanılıb.
Ermənistanın Zəngəzuru itirmək qorxusu
Cəbhədə erməni təxribatların artdığı, atəşkəs rejiminin düşmən tərəfindən intensiv şəkildə pozulduğu bir əəfədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi barədə fikirlər dövriyyəyə buraxılıb. Elə ATƏT-in Minsk qrupunun həmsədrləri də buna ciddi cəhdlə nail olmağa çalışırlar. Ona görə yox ki, vasitəçilər problemin həllində maraqlıdırlar. Sadəcə həmsədrlər prezidentlərin görüşünü təşkil etməklə müəyyən mənada fəaliyyətdə olduqlarını sübuta yetirməyə, Azərbaycan cəmiyyətinin Minsk qrupunun fəaliyyətsizliyi barədə haqlı narazılığını önləməyə səy göstərirlər. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdə başlıca məqsədlərdən biri isə cəbhədə yeni qarşıdurmanı önləməkdir. Çünki erməni təxribatlarının hər ötən gün artması Azərbaycanı yenidən güc amilinə əl atmaq məcburiyyətində qoyur.
Cənnət və Cəhənnəmə düşənlər biri-birlərini görəcəklərmi?- O dünyaya baxış...
Bərdə sakinindən odlu silah götürülüb
Bərdə rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazırlı kənd sakini Vahid Yusibovdan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi götürülüb.
“Milli Ön”dən pul oğurlayan saxlandı
Binəqədi rayonu ərazisindəki mağazalardan birindən pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İsayev tutulub.
İngilis dili müəlliməsi şagirdini zorlayıb- BAŞ VERƏNLƏRDƏN SONRA UŞAQ DEPRESSİYAYA GİRİB
Daha bir qadın müəllim ehtirasının qurbanı olub. İngilis dili müəllimi Cennifer Casvell 15 yaşlı şagirdini sinif otağında zorlayıb, onunla cinsi əlaqəyə girdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Eldar Mahmudovun oğlu biznesə qayıtdı- Fransanın məşhur içkisi "Caspian Crystal" tərəfindən satılacaq
Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən “Château de Bordeneuve” şirkəti Azərbaycanda “Caspian Crystal” LLC şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda “Caspian Crystal” şirkəti tərəfindən satılacaq.
“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək”- AĞACAN ABIYEV
“Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacaq”. Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib. Komissiya sədri deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq: “Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.
Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi Bodrumda dincəlir- O, 300 ÇAMADANLA GƏLİB - VİDEO
İki gün öncə Bodruma istirahətə gedən Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi olan şahzadə Əl Vəlid bin Tallal bin Abduləziz əl Səud Bodrum küçələrini gəzdi. Bodrum küçələrini gəzən şahzadəni kimsə tanımasa da, onun 40-dək mühafizəçisi ilə küçələri şortiklə əlindəki Zaza təsbehi ilə gəzməsi heç kimin gözündən yayınmadı. Onu şəhərdə baş nazirin tərcüməçisi Taha Genç müşaiyət edib. Şahzadə öncə kafelərin birində ailəsi ilə birlikdə yemək yeyib. Orada iki saatadək ailəsi və yaxınları ilə söhbətləşdikdən sonra şəhər küçələrini gəzib.
Alverçilərin daha bir fırıldağı- maşın satmaq istəyənlər diqqətli olun- VİDEO
Paytaxt sakini Elgün Mənsimov və Rauf Məmmədov öz maşınlarını satmaq istəyərkən maşın alverçilərinin fırıldağı ilə qarşılaşıblar. Onlar maşını satmaq üçün internetdə elan yerləşdiriblər. Bir neçə dəqiqədən sonra gələn zənglərlə özlərini alverçi deyilik deyə təqdim edən şəxslər maşının qiymətini aşağı salmaq üçün özlərinə məxsus fırıldağa əl atıblar. Maşının içərisinə minib düşəndən sonra həmin ana qədər işlək vəziyyətdə olan kondisioner və lükün işləmədiyini deyiblər.
Əmək Nazirliyi Sabirabad və İmişli rayonlarında yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabirabad və İmişli rayonlarında inşa etdirilmiş 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
“Prezidentlər səviyyəsində keçirilən görüşlər Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına təkan verib”
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dediyi kimi Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə daxil olub. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi ikitərəfli münasibətlər strateji partnyorluq səviyyəsinə qalxır.
Verilişdə birinci olmuşdu - Sevgilisi yük maşını ilə əzdi
Türkiyədə yük maşınının altında əzilən 23 yaşlı qızın vəziyyəti ağır olaraq qalır. Türkiyənin Adana şəhərində tələbə olan Ece Çelik 17 gündür ki komadadır. Onun bu hala düşməsinə səbəb olan sevgilisi isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Belə ki, onlar yük maşını ilə gəzintiyə çıxan zaman ikili arasında mübahisə yaranıb. Oğlan əsəbləşərək maşından düşmək istəyən qızı əzib.
Əmək müqaviləsinin bağlanmamasına görə kim məsuliyyət daşıyır?
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır.














