Gündəm

FETÖ-nün kritik şəxsi Özcan Karacan həbs edildi

16 Avqust 2017 15:49

2016-cı ilin 15 iyul tarixində Türkiyədə baş verən hərbi qiyam cəhdinin vacib fiqurlarından sayılan Özcan Karacan həbs edilib. Hərbi çevriliş gecəsi helikopterləri yönləndirərək Ankarada bir çox məkanın bombalanması əmrini verən və 13 aydır axtarışda olan pilot polkovnik Özcan bu gün səhər saatlarında Antalyada keçirilən əməliyyat nəticəsində həbs edilib. Karacan xüsusi bir qrup vasitəsilə Ankaraya aparılacaq.

Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirib

16 Avqust 2017 15:48

Bakıda dələduzluqda təqsirləndirilərək həbs edilən qadın azadlığa buraxılıb.  Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, təqsirləndirilən şəxs Tamilla Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddəsilə ittiham olunaraq Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Xurafata meyilli məmurlar: Onların qurbanları övladları olacaq.. - Sərt ittiham

16 Avqust 2017 15:45

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadənin açıqlamasında 500 nəfərdən artıq insanı Həcc ziyarətinə göndərməsi sosial mediada və şəbəkələrdə müzakirələrə səbəb olub.

Palıd ağacı aşdı: 11 ölü - DƏHŞƏTLİ VİDEO

16 Avqust 2017 15:43

Portuqaliyanın Madeyra adasında təşkil olunan "Festa da Senhora do Monte" festivalında 200 yaşı olan palıd ağacı insanların üzərinə aşıb.  Hər il bütün dünya ölkələrindən festivala qatılmaq üçün gələn turistlər bu dəfə dəhşətli hadisənin qurbanı olublar. Hadisə nəticəsində 11 nəfər ölüb, 50 nəfərdən çox insan ağır xəsarətlər alıb.

Londondakı hava limanında şiddətli partlayış — SON DƏQİQƏ

16 Avqust 2017 15:30

İngiltərənin paytaxtı Londonda dəhşətli partlayış qeydə alınıb. Partlayış London yaxınlığındakı Souzend hava limanında qeydə alınıb. Ölən və ya yaralananlar haqqında hələ dəqiq məlumat verilməyib. Əsasən Avropa ölkələri və ABŞ-a sərnişin daşıyan, bu nöqtələrdən gələn təyyarələrə xidmət edən hava limanına çoxlu təcili tibbi yardım və yanğından mühafizə briqadaları cəlb edilib. 

Milli Televiziya və Radio Şurası teleseriallarla bağlı xüsusi müraciət edə bilər

16 Avqust 2017 15:25

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı xüsusi müraciət edə bilər. Bunu  Şuranın sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, teleseriallarla bağlı məsələ gündəmdədir: "Vaxtilə cənab Prezident İlham Əliyev bu sahənin canlanması, xarici seriallardan milli seriallara keçmək məqsədilə iki dəfə vəsait ayırdı. Bu, daimi olacaq maliyyə ayırmaları deyildi. Bu gün də bu sahədə müəyyən işlər görülür. Bilirsiniz ki, "Xəzər" və ATV telekanalları milli seriallar çəkir. Təbii ki, belə serialların çəkilməsi bizi çox sevindirir. Biz istərdik ki, onların sayı artsın və bu sahəyə sponsorlar və sahibkarların da marağı olsun. Amma bu sahədə mövcud vəziyyəti bir daha müzakirə edəcəyik və həqiqətən də maliyyələşdirmə ilə zərurət yarandığı aydın olsa, xüsusi müraciət edəcəyik. Amma hesab edirəm ki, bu, dövlətin üzərinə düşən bir vəzifə deyil".

Azərbaycanda nağd pul məxarici xeyli azalıb

16 Avqust 2017 15:22

Azərbaycanda nağd pul məxarici xeyli azalıb. Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Nazir müvini qeyd edib ki, "Azərbaycanda "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi öz səmərəli nəticəsini verir: "Belə ki, qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əməkhaqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb.

Evdən qızıl aparan bir ildən sonra ələ keçdi

16 Avqust 2017 15:20

Gədəbəy rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 25-də rayon ərazisindəki evlərdən birindən 5100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Akif Orucov tutulub. İlkin araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Ağstafada silah-sursat aşkar edilib

16 Avqust 2017 15:19

Ağstafa rayonu ərazisindən silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa RPŞ-nin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən “Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanmış “Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.

Külli miqdarda valyutanı ölkədən çıxarmaq istədi

16 Avqust 2017 15:17

Azərbaycandan külli miqdarda valyutanın çıxarılması cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, "05 BF 398" dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.

Keçmiş məhkumlar “iş başında” yaxalandılar

16 Avqust 2017 15:16

Bakı şəhər sakinlərinin mobil telefonlarını soyğunçuluq və dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar.

Xocalı faciəsinin soyqırım kimi tanıdılması çətin məsələ deyil

16 Avqust 2017 15:13

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib. Görüşdə tanınmış vəkilin fəaliyyəti, uğurları və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində görə biləcəyi işlər barədə danışılıb.

Dünya Skaut Konfransının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

16 Avqust 2017 14:57

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçıları avqustun 16-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.