Ağstafada silah-sursat aşkar edilib
Ağstafa rayonu ərazisindən silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa RPŞ-nin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən “Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanmış “Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.
16 Avqust 2017 15:19 SosialAğstafa rayonu ərazisindən silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa RPŞ-nin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən "Siqnal" markalı tapança, idman tapançası, kustar üsulla hazırlanmış "Naqan" tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.