Xocalı faciəsinin soyqırım kimi tanıdılması çətin məsələ deyil
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib. Görüşdə tanınmış vəkilin fəaliyyəti, uğurları və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində görə biləcəyi işlər barədə danışılıb.
16 Avqust 2017 15:13 SosialElman Paşayev: "Ermənistanın beynəlxalq məhkəmə qarşısında cavab verməsi zamanı yetişib"
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib. Görüşdə tanınmış vəkilin fəaliyyəti, uğurları və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində görə biləcəyi işlər barədə danışılıb. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli diqqətə çatdırıb ki, son illərdə Moskvada baş tutmuş və hüquqları müdafiə olunan tərəfin qələbəsilə başa çatmış əksər məhkəmə proseslərinin altında məhz həmyerlimiz Elman Paşayevin imzası durur. Artıq E.Paşayev yaşadığı ölkədə qalmaqallı məhkəmə proseslərinin qalibi kimi tanınır: "Elman Paşayev beynəlxalq dərəcəli vəkildir. Rusiyadakı Azərbaycan diasporasında təmsil olunur. O, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən veteranlar təşkilatında hüquqi məsələlərlə məşğul olur. Bu səbədən də Azərbaycan-Rusiya, eləcə də MDB ölkələrində fəaliyyət göstərən veteran təşkilatları ilə əməkdaşlığın genişlənməsində müstəsna xidmətləri var". E.Həsənli qeyd edib ki, E.Paşayev Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görüb. Belə ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi, Füzuli rayonu Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən iki yaşlı Zəhranın qətlə yetirilməsi kimi məsələlərlə bağlı müraciətlərin yayılmasında onun əvəzsiz rolu olub.
Səkkizinci sinifdə oxuyarkən, valideynlərini və qardaşlarını dəhşətli avtomobil qəzasında itirdiyini qeyd edən E.Paşayev yalnız oxumaq və çalışmaqla bu mərtəbəyə yüksəldiyini bildirib. 1997-ci ildə Moskvaya gedən E. Paşayev bütün çətinliklərə baxmayaraq təhsil almaq qərarına gəlir. Əvvəlcə 1-ci Moskva Hüquq İnstitutunu, daha sonra isə Moskva Dövlət Hüquq Akademiyasını müvəffəqiyyətlə bitirir. 2004-cü ildən hüquqi fəaliyyətə başlayır.Həmyerlimiz uğurlu karyerasını davam etdirmək məqsədilə Rusiya sərhədlərini aşaraq dünya hüquq sisteminə çıxışını təmin edib. Elman Paşayev Vaşinqtonda Amerikanın federal qanunları, Nyu-York və Kaliforniyada ştatdaxili hüquq sistemi sahəsində ixtisas artırma kurslarında təhsil alıb ki, bu treninqlər onun Amerika və digər ölkələrdəki onlarla məhkəmə proseslərində vəkillik etməsinə imkan verib. O, Yuqoslaviya hadisələrilə bağlı Haaqa məhkəməsində, Yaponiya, Fransa, İngiltərə, İsveç kimi ölkələrdə müxtəlif instansiya məhkəmələrində hüquq müdafiə edib. 10-larla sertifikat, diplom, orden və medallar onun uğurlu vəkillik karyerasının göstəriciləridir. Vəkil Paşayev, dünyanın harasında işləməsindən, nailiyyətlərinin miqyasından asılı olmayaraq, bütün qürbətçilər kimi ürəyinin daim vətənlə döyündüyünü dilə gətirir: "Mən Azərbaycanı çox sevirəm, Azərbaycan mənim doğma Vətənimdir. Dünyanın çox ölkələrini gəzdim, ancaq Azərbaycan və Rusiya kimi demokratik ölkə görmədim". Artıq beynəlxalq hüquq, kriminalist, mülki, orbitraj sahələri üzrə püxtələşdiyini qeyd edən vəkil E. Paşayev Ermənistanın Beynəlxalq Məhkəmə qarşısında cavab verməsi, eləcə də Xocalı faciəsinni soyqırım kimi tanıdılmasının mümkün olduğunu bildirib: "Bundan ötrü Azərbaycan tərəfi mənə müraciət etməlidir. Bu məsələlər mənim ixtisaıma uyğundur. Hesab edirəm ki, sözügedən işlərin sona çatdırılmasında elə bir problem yoxdur. Ortada kifayət qədər faktlar, dəlillər və sübutlat mövcuddur. Xocalı faciəsi kifayət qədər böyük iş olduğundan bu məsələdə birgə fəaliyyət daha səmərəli olardı".
Alim