Palıd ağacı aşdı: 11 ölü - DƏHŞƏTLİ VİDEO
Portuqaliyanın Madeyra adasında təşkil olunan "Festa da Senhora do Monte" festivalında 200 yaşı olan palıd ağacı insanların üzərinə aşıb. Hər il bütün dünya ölkələrindən festivala qatılmaq üçün gələn turistlər bu dəfə dəhşətli hadisənin qurbanı olublar. Hadisə nəticəsində 11 nəfər ölüb, 50 nəfərdən çox insan ağır xəsarətlər alıb.
16 Avqust 2017 15:43 DünyaPortuqaliyanın Madeyra adasında təşkil olunan "Festa da Senhora do Monte" festivalında 200 yaşı olan palıd ağacı insanların üzərinə aşıb. Hər il bütün dünya ölkələrindən festivala qatılmaq üçün gələn turistlər bu dəfə dəhşətli hadisənin qurbanı olublar. Hadisə nəticəsində 11 nəfər ölüb, 50 nəfərdən çox insan ağır xəsarətlər alıb.
Ətrafdakı insanlardan biri baş verənləri anbaan lentə alıb. Həmin görüntüləri təqdim edirik. Publika.az "RİA Novoste" istinadən xəbər verir.