Gündəm
Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edir. Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Beyləqanda məktəbli qızı zorlayan 5 nəfərdən biri məmur oğlu imiş
Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş. Məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev dövlət qurumlarından birinin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur. İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir. Məlumata görə, İsaxan Həziyev oğlunun bu əməlindən xəbərdardır. Ancaq oğlunun azyaşlı olduğunu səbəb gətirən məmur hər cəhdlə onu bu cinayətdən kənarda saxlamağa çalışır.
"Ərim məni atıb xalam qızı ilə yaşayır" - Bakıda maraqlı hadisə
Ərim məni atıb doğma xalamqızı ilə getdi. Oğlumla səfil vəziyyətdə qalmışıq. Nə telefona cavab verir, nə də ki bizi axtarır. Bu sözləri Mehriban Musəvi şikayətində deyib. O bildirib ki, əri hazırda xalası qızı ilə birlikdə yaşayır: "Yardımlı rayonu Nisəkələ kənd sakini Cavanşir Bəkişovla 18 il əvvəl ailə həyatı qurmuşuq. Bir il sonra öyrəndim ki, xalamqızı Sevda Həsənova ilə aralarında əlaqə olub. Dava saldım, bir də o qızın üzünə baxmayacaqdım. O evləndikdən sonra fikirləşdim ki, artıq aralarında hər hansı bir əlaqə olmaz. Ta ki ötən ilin noyabr ayında ərim bizi atıb onun yanına gedənə kimi. Cavanşir bir il əvvəl telefonda kimlərləsə yazışırdı, xalamqızı ailəli olduğu üçün onun olacağını düşünməmişdim. Amma hazırda birlikdə yaşayırlar. Qadın yetişkin iki qızı ilə birlikdə ərimin tutduğu birotaqlı mənzildə qalır.
Ruslan irəlilədi
Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycan snayperləri də yer alıblar. Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini yaxşılaşdırıb.
Azərbaycanın dini plüralizm ənənələri dünyaya nümunə kimi
Azərbaycan demokratik cəmiyyətlərə xas bütün xüsusisyyətləri özündə ehtiva edərək bu gün dünyada nümunəvi ölkə rolunu oynayır. İstər fikir söz, məlumat və ifadə azadlığı, istərsə də plüralizm ənənələrinə sadiq qalan, bu ənənələri inkişaf etdirən Azərbaycan dini plüralizm sahəsində də nümunəvi ölkələr sırasında qərarlaşıb. Azəbaycan dünyanın tək-tək sayıla biləcək ölkələindəndir ki, günümüzdə bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə azad və müstəqil şəkildə yaşaya, burada öz ibadətlərini, ayinlərini hər hansı məhdudiyyətlə qarşılaşmadan icra edə, reallaşdıra bilirlər.
Bulvarda qadın hər kəsin gözü önündə intihar etdi
Bakı bulvarında 40-50 yaşlarında qadın bu saatlarda intihar edib. Şahidlərinin verdiyi xəbərə görə, qadın digər vətəndaşların gözü önündə özünü dənizə atıb. Bir neçə dəqiqə sonra xilasedicilər suya tullansalar da, qadının həyatını xilas etmək mümkün olmayıb. Onun nəşi bulvarın kənarına çıxardılıb.
Abel Məhərrəmov BDU- ya yeni qəbul olan tələbələrlə görüşdü
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub, sonra universitetin həyətində tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırıb. “Olaylar” bildiri ki, Bakı Dövlət Universiteti haqqında qısa məlumat verən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin tələbəsi və məzunu olduğu universitetə qəbul olmaq böyük şərəfdir.
Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR
Elimizin adətinə görə gəlinin belinə qırmızı lent bağlayırlar. Bu lentin mənası isə ailə quran qızın bakirətini elan edir. Artıq qızın namusu ata evindən çıxıb, ailə qurduğu şəxsin ixtiyarına keçir. Bəzi hallarda isə zifaf gecəsindən pak çıxmayan gəlin işgəncələrə məruz qalır. Bu hadisə ən yaxşı halda ailənin dağılmasına və qadının el içində rüsvayçılığına səbəb olur. Bəzən isə bakirə çıxmayan təzə gəlin öz həyat yoldaşı tərəfindən qətl edilir.
Prezident İlham Əliyev 4 milyon manat ayırdı - 3 qəsəbəyə görə
Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Xaricilər Azərbaycanda 111 cinayət törətib
Bu ilin yanvar-iyun aylarında xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanda 111 cinayət hadisəsi törədilib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cinayətlərin 31,5 faizi MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib. Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.
Skautinq həvəs deyil, həyat tərzidir
"Bu, Azərbaycana ilk səfərimdir. Mən artıq Bakıda və Qəbələdə olmuşam. Azərbaycanda məni landşaftların və iqlim qurşaqlarının müxtəlifliyi heyrətləndirdi: burada həm meşələr, həm çöllər, həm də dəniz çimərlikləri var. Qəbələ çoxsaylı görməli yerləri olan son dərəcə gözəl diyardır. Bakı isə daim həyat qaynayan müasir şəhərdir. Azərbaycanlıların qonaqpərvərliyi də mən heyran qoydu: istər tədbir təşkilatçıları, istərsə də sadə insanlar bizə hər cür dəstək göstərirlər. Konfrans məzmunlu və maraqlı keçir. Bakı Konqres Mərkəzi kimi gözəl bir binada başqa cür ola bilməzdi".
"Ulu babalarım Azərbaycanda yaşayıb" - Proxanov
Ulu babalarım Azərbaycanda İvanovka kəndində yaşayan malakanlardandır. Nəhayət, mən bu il vaxt tapıb Azərbaycana gedərək onların yaşadığı kəndə baş çəkdim. Bu barədə tanınmış rusiyalı ictimai xadim, yazıçı, "Zavtra" qəzetinin baş redaktoru Aleksandr Proxanov "Nezavisimaya qazeta"ya verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, ulu babası Tit Alekseyeviç faytonçu olub. Maddi vəziyyəti yaxşılaşdıqdan sonra Tiflisə köçüb və orada özünə ev alıb.
"Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib"
Bakıya ilk dəfədir gəlməyimə baxmayaraq, burada özümü çox rahat hiss edirəm. Açığını deyim, getdiyim çox az şəhərdə belə xoş hisslər yaşayıram. Buna görə də Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam.
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin Baş idarəsinin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Elmar Məmmədyarov BMT-nin sabiq Baş katibi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirililən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizə səfər edən BMT-nin sabiq Baş katibi Ban ki Munla görüşüb.














