Azərbaycanın dini plüralizm ənənələri dünyaya nümunə kimi
Azərbaycan demokratik cəmiyyətlərə xas bütün xüsusisyyətləri özündə ehtiva edərək bu gün dünyada nümunəvi ölkə rolunu oynayır. İstər fikir söz, məlumat və ifadə azadlığı, istərsə də plüralizm ənənələrinə sadiq qalan, bu ənənələri inkişaf etdirən Azərbaycan dini plüralizm sahəsində də nümunəvi ölkələr sırasında qərarlaşıb. Azəbaycan dünyanın tək-tək sayıla biləcək ölkələindəndir ki, günümüzdə bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə azad və müstəqil şəkildə yaşaya, burada öz ibadətlərini, ayinlərini hər hansı məhdudiyyətlə qarşılaşmadan icra edə, reallaşdıra bilirlər.
16 Avqust 2017 16:33 SosialAzərbaycan demokratik cəmiyyətlərə xas bütün xüsusisyyətləri özündə ehtiva edərək bu gün dünyada nümunəvi ölkə rolunu oynayır. İstər fikir söz, məlumat və ifadə azadlığı, istərsə də plüralizm ənənələrinə sadiq qalan, bu ənənələri inkişaf etdirən Azərbaycan dini plüralizm sahəsində də nümunəvi ölkələr sırasında qərarlaşıb. Azəbaycan dünyanın tək-tək sayıla biləcək ölkələindəndir ki, günümüzdə bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə azad və müstəqil şəkildə yaşaya, burada öz ibadətlərini, ayinlərini hər hansı məhdudiyyətlə qarşılaşmadan icra edə, reallaşdıra bilirlər. Bu azmış kimi Azərbaycan öz ərazisində yaşayan müxtəlif dinlərin nümayəndələri üçün dini ibadət məkanları inşa edir, yaxud Sovetlərin zamanından baxımsız vəziyyətdə qalan həmin ibadət yerlərində yenidənqurma və bərpa işləri həyata keçirərək onları inanclı insanların ixtiyarına verir. Bakı və ətraf rayonlarda kilsələrin bərpa edilməsi, paytaxtda sinaqoqun tikintisi, hər il Milad bayramı ərəfəsində dövlət tərəfindən Azərbaycanın xristian əhalisinin bayramının təbrik edilməsi deyilənlərin əyani sübutudur. Bu həm də ölkəmizdə dini plüralizmin ən yüksək səviyyədə qorunduğu, ona əməl edildiyinin göstəricisidir. Tarixə nəzər salsaq ümumiyyətlə, Azərbaycanda qədimdən dini plüralizmin qorunduğu, ona əməl edildiyinin şahidinə çevrilərik. Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olunmasında mühüm rol oynayıb. Bir sözlə zamanın sınağından uğurla çıxmış və digər ölkələrlə müqayisədə öz mükəmməlliyini göstərən dövlətimizin din siyasəti ölkədə dini etimad mühitinin, məzhəblərarası sağlam əməkdaşlığın əsas rəhnidir. Qeyd edilən amillərin məntiqi nəticəsidir ki, Azərbaycanın artıq İslam dünyasının sabit ölkəsinə çevrilib. Təriqətlərarası sülh və etimad mühiti ölkəmizdə etibarlı şəkildə qorunur. Yaxın və Orta Şərqdə din və məzhəb ayrı-seçkiliyi zəminində başladılan, bu gün də davam edən müharibələr ucbatından onminlərlə günahsız insan qətlə yetirilib, yüzminlərlə insan öz yurd-yuvasından didərgin düşərək qaçqın həyatı yaşamaq məcburiyyətində qalıb. Bu gün Yaxın Şərqdə, müsəlman ölkələrində dini radikalizm və ekstremizm, silahlı münaqişələr baş alıb getsə də, Azərbaycan öz tolerantlığı, dini plüralizmi yüksək səviyyədə qoruması hesabına bu kimi mənfi tendensiyalardan, məzhəb qarşıdurmalarından çox-çox uzaqdır. Dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşsə də, Azərbaycan bunlardan kənarda dayanmağı bacarır, ölkəmizdə dini sahədə sabitlik hökm sürür. Təbbi ki, öz dini plüralizmi sayəsində. Azərbaycan öz tolerantlığı, dini plüralizmi qoruyub saxlaması ilə İslam həmrəyliyinə də öz layiqli tövhəsini verir. Məlumdur ki, müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk öncə İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qorunmasıdır. Bu baxımdan Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verib. Buna örnək olaraq cari il ərzində ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsini, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunmasını göstərə bilərik. Bir çoxları sayca dördüncü dəfə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına adi idman yarışı kimi basxa da, əslində bu oyunlar idman yarışları ilə yanaşı siyasi əhəmiyyət kəsb edən, İslam dünyasının birliyinə, həmrəyliyinə xidmət edən bir tədbir idi. Özü də belə bir tədbirə Azərbaycanın evsahibliyi etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Yəni, bununla Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm və İslam həmrəyliyini nümunə kimi təqdim edirdi. Bir növ ölkəmiz İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını, bununla nəinki müsəlman şərqinə, ümumilikdə, bütün dünyaya həmrəylik mesajları verdiyini ortaya qoydu.
Maraqlı məqam ondan ibarətdir ki, qeyd edilən müsbət faktlar təkcə bizim dilimizdən səsləndirilmir. Müntəzəm olaraq Azərbaycanda keçirilən beynəlxalq humanitar və mədəniyyətlərarası forumların iştirakçıları da Bakı, ölkəmizlə bağlı təssüratlarını bölüşərkən Azərbaycanda mövcud olan dini plüralizmi, toletantlıq ənənələrini xüsusi qeyd edir, buna görə ölkəmizi təqdir edirlər. Elə əcnəbi qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrin hökumət rəsmiləri də qeyd edirlər ki, Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar və ölkəmizdə heç zaman dinlərarası və məzhəblərarası münaqişə baş verməyib.
Bu gün ölkəmizdə dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub ki, bu da dünya üçün müsbət təcrübə rolunu oynayır. Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə söykənir. Müasir hüquqi normalarla tənzimlənir. Mütərəqqi İslam dəyərlərinin təbliği və təşviqi müasir tələblər səviyyəsində aparılır. Təbii ki, bütün bu müsbət tendensiyanın əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmiz müstəqillik qazandıqdan sonra, xüsusilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdən etibarən dövlətimiz İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirib. Ümummilli lider Heydər Əliyev Azərbaycanda xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlanmağa başladı, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində müstəsna xidmətlər göstərdi. Bir sözlə ötən əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycanda dini-milli zəmində başladılmağa çalışılan vətəndaş qarşıdurmasına, böhrana məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra son qoyuldu. Ümumilli Liderimizin əsasını qoyduğu dövlət-din siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün ölkəmiz bütün dünyada multikulturalizmin, tolerantlığın nadir mərkəzlərindən biri kimi qəbul olunur, sahib olduğumuz dəyərlər ən yaxşı nümunə qismində öyrənilir və nümunə göstərilir. Heydər Əliyev həmçinin xarici siyasətdə də İslam amilinə xüsusi diqqət yetirdi. Elə bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və etnik-dini tolerantlıq da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin məntiqi nəticəsidir.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin başlamış olduğu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İslam aləmində böyük nüfuza, siyasi xarizmaya sahib olan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi respublikamızın sərhədlərini aşan, bütövlükdə müsəlman dünyasını birliyə, həmrəyliyə çağıran mesajdır və bu, həm də dövlətimizin, onun başçısının ümumbəşəri problemlərə yanaşma tərzinin ən bariz nümunəsidir. Azərbaycanın sürətli inkişafı, təkcə bölgədə deyil, getdikcə dünyada söz sahibi olmağa başlaması müəyyən dairələri narahat edir və onlar zaman-zaman müxtəlif yollarla, o cümlədən din pərdəsi altında sahib olduğumuz dəyərləri sarsıtmağa, həmrəyliyimizi, sabitliyimizi pozmağa çalışırlar. Ancaq dövlətimiz bütün imkanlarından istifadə edərək bu kimi cəhdlərin qarşısını hər zaman alıb və bundan sonra da alacaqdır. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çünki milli təhlükəsizliyimizin qorunması hamımızın ən ümdə vəzifəsidir. Elə Cənab Prezident tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ölkəmizdə dini sahədə normal mühitin mövcud olmasından xəbər verir. Azərbaycanda dini durumun sabitliyi, tolerantlıq mühiti dünya ölkələrinin bir çoxunun diqqətini çəkib. Birliyin, yekdilliyin və həmrəyliyin olmadığı yerlərdə bu cür münaqişələr qaçılmazdır, ölkəmizdə isə mövcud olan həmrəylik mühiti sabitliyin qarantıdır.
Ölkəmizdə dini sahədə sabitliyin qorunub saxlanması, radikalizm meyillərinin uzaq olmasını şətləndirən başlıca amillərdən biri də dini sahədə maarifləndirmə işinin aparılmasıdır. Bu cür tədbirlərin keçirilməsində məqsəd dövlət-din münasibətləri, İslam həmrəyliyi, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsidir. Radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır ki, bu istiqamətdə də təqdirəlayiq işlər görülür. Çünki müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir