Gündəm
Alimlərdən yeni kəşf — Yadplanetlilərlə hansı üsullarla əlaqə saxlamaq olar?
Alimlər yeni araşdırma aparıblar. Araşdırma yadplanetlilərlə yeni ünsiyyət vasitələri üzə çıxıb. Alimlərin fikrinə görə Yerdən kənarda yaşayan sivilizasiyanın nümayəndələri ilə radio siqnal, güclü lazer və yüksək tezlikli dalğalar vasitəsilə əlaqə qurmaq mümkündür. Bununla yanaşı alimlər yeni bir həvəskar üsul barədə də məlumat veriblər. Bu zaman Günəş mayak kimi istifadə edilir. Əgər günəşin yanına şəffaf olmayan material yerləşdirilsə, gün şüaları müntəzəm olaraq müəyyən istiqamətdə yanıb-sönəcək.
Bakıda İran vətəndaşını vuraraq qaçan taksi sürücüsü saxlanılıb
Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Magistraturaya qəbul planı 82.58 faiz dolub - RƏSMİ
2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 13081 (ötən il 24110) bakalavr qeydiyyatdan keçib. Bildirilib ki, bu il daha hazırlıqlı və aydın məqsədi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və müsabiqənin nəticələri də gözləntilərin doğrulduğunu bir daha sübut edir.
Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”
Rusiya Şimali Koreyanın iqtisadi cəhətdən boğulması haqqında bir sıra partnyorların ideyalarını dəstəkləmir. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Pxenyana iqtisadi təzyiqin imkanları praktik olaraq bitib.
Trampdan Rusiyanın qonşularına SÜRPRİZ
ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qəribə simpatiyası Şərqi Avropanı narahat edir. Bu haqda “Bloomberg” agentliyi yazıb. ABŞ-ın bir sıra yüksək vəzifəli məmurları Şərqi Avropa ölkələrini Vaşinqtonun sarsılmaz dəstəyi barədə inandırsalar da, Vaşinqtonun maliyyə planları bunun əksini deyir.
Yunanıstan Avropadan kömək istədi
Yunanıstan meşə yanğınları ilə mübarizədə yardım üçün Avropa İttifaqına müraciət edib. Avqustun əvvəlindən başlayaraq ölkə boyunca meşə yanğınları tüğyan edir. Yerli yanğınsöndürənlərin alovun qarşısını ala bilmədiyi deyilir. Təkcə avqustun 14-ü 91, avqustun 15-i isə 55 yeni yanğın ocağı aşkar edilib. Son sutka ərzində isə 33 yeni yanğın hadisəsi qeydə alınıb. Yunanıstanın bəzi regionlarında fövqəladə vəziyyət elan edilib.
Nazim: "Xəstəliyimlə bağlı deyilənlər yalandır"
"Faytonçu" ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari səhhəti barədə danışıb. İfaçı hazırda özünün yaxşı hiss edir: "Mənim öd kisəmdə problemlər var idi. İlk öncə Azərbaycanda əməliyyat olundum. O əməliyyat çox uğursuz oldu. Ona görə də dərhal İsrailə getdim. Daha sonra Bakıya qayıtdım, amma bu da son olmadı. Əməliyyat olunmağım üçün Türkiyəyə getdim və orada mənə kömək etdilər. İndi yavaş-yavaş özümü yaxşı hiss edirəm".
Dinin siyasiləşdirilməsi yolverilməzdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Ağdaş RİH başçısının müavini Aynurə Novruzova ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlar, həyata keçirilən maarifləndirmə fəaliyyətindən danışaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək
Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.
Dibala: "O istəsə, həmişəlik "Yuventus"da qalaram"
"Yuventus"un hücumçusu Paulo Dibala gələcək karyerası haqda danışıb. Argentinalı forvard karyerasını Turin klubunda bitirməyə hazır olduğunu bəyan edib: ""Yuventus"da xoşbəxtəm. 3 ay əvvəl klubla müqaviləmi yenilədim. Mənə 10 nömrəli formanı təklif etdilər. Bu haqda 2 gün düşündüm və yekunda dedim ki, niyə də yox?! Burada daha da inkişaf etmək istəyirəm. Klub prezidenti istəsə, həmişəlik "Yuventus"da qalaram".
Çin və ABŞ hərbi sahədə yeni müqaviləyə imza atdı
Çin və ABŞ arasında yeni müqavilə imzalanıb. Çin Xalq Qurtuluş Ordusu ilə ABŞ ordusu arasında yeni rabitə mexanizminin qurulması haqqında razılaşma əldə edilib. Çin mətbuatının xəbərinə əsasən ABŞ ordu baş qərargah rəisi general Cozef Danford Çinin paytaxtı Pekində Çin Xalq Qurtuluş Ordusunun generalı Fanq Fnqhui ilə görüşüb.
Gədəbəydə 14 yaşlı gənc qətlə yetirilib
Gədəbəy rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb. Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.
DSX-nın bir qrup hərbi qulluqçusu təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Futbol komandasını xilas etmək üçün borca girdi və intihar etdi
Türkiyənin Adana şəhərində adı hörmətlə anılan futbol fədaisi Bəkir Çınarın ölümündən 7 il keçir. Bəkir Çınar 2010-cu ilin avqust ayının 16-da borc aldığı adamların onu izləməsindən yaxa qurtarmaq üçün intihar edib.














