Trampın silahlanmaya nəzarət təşəbbüsü: Kremldən reaksiya – ÖZƏL
14:08 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Moskva, Pekin və Vaşinqtonun iştirakı ilə silahlanmaya nəzarət üzrə üçtərəfli danışıqlar aparmaq təklifinə münasibət bildirib.
Peskov mövzunun mürəkkəbliyini vurğulayaraq, bu cür danışıqların vaxtında, hətta "dünəndən" bərpa edilməli olduğunu, lakin mütəxəssis səviyyəsində uzun və dəqiq müzakirələr tələb etdiyi üçün prosesin xeyli zaman alacağını qeyd edib. O, həmçinin Çinin öz nüvə potensialının Rusiya və ABŞ ilə müqayisəolunmaz dərəcədə az olduğunu əsas gətirərək bu formatda iştiraka lüzum görmədiyini və Pekinin bu mövqeyində hər hansı bir dəyişikliyin müşahidə olunmadığını diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31