Gündəm

"Gənclər üçün Krizis telefon xətti"

16 Avqust 2017 18:31

Avqustun 15-dən  “Krizis telefon xətti”nin işi bərpa edilib.  “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, indi 510-66-36 nömrəli telefonla gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstəriləcəkdir.

Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

16 Avqust 2017 18:28

Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir”  mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini xatırladaraq son dövrlər bu sahədə görülən işlərdən danışıb.

İctimai nəqliyyat vasitələrinin normal vəziyyəti yoxlanılır

16 Avqust 2017 18:26

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilir. BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, son 10 gün ərzində keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.

488 nəfər inzibati məsuliyyətə cəlb edilib

16 Avqust 2017 18:23

Məişət tullantılarını kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu ilin iyul və avqust ayları ərzində nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən belə tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

"Qarabağ" milyonlar qazana bilər - UEFA açıqladı

16 Avqust 2017 18:21

Çempionlar Liqasının (ÇL) 2017/2018 mövsümündə çıxış edən klubların qazancı açıqlanıb. Bu mövsüm ÇL-də mübarizə aparan komandaların hesabına ümumilikdə 1,3 milyard avro köçürüləcək. Turnirin qrup mərhələsində iştirak edəcək hər klub 12,7 milyon avro gəlir götürəcək.  Bundan əlavə, qrupda hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə görə isə 500 min avro veriləcək.

Azərbaycan prezidenti indoneziyalı həmkarını təbrik edib

16 Avqust 2017 18:20

Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

İlham Əliyev Qabon prezidentini təbrik etdi

16 Avqust 2017 18:19

Prezident İlham Əliyev Qabon Respublikasının Prezidenti  Ali Bonqo Ondimbaya təbrik m\əktubu göndərib.

İran-Ermənistan münasibətləri: andiçmə mərasimi və yeni geosiyasi reallıqlar fonunda

16 Avqust 2017 18:18

İranın yenidən Prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimində Serj Sarkisyan da iştirak edib. Siyasi etiket baxımından adi hadisə olan bu məqamı erməni ekspert dairələri ciddi geosiyasi faktor kimi təqdim etməyə çalışırlar. Maraqlıdır ki, onlar bunu Təl-Əvivlə İrəvan arasında olan münasibətlər kontekstində diqqətə çatdırmağa cəhd edir, özü də birmənalı olaraq S.Sarkisyanın İranın xeyrinə seçim etdiyindən bəhs edirlər.

Məşhur rejissor Roman Polanski haqqında zorlama ittihamı

16 Avqust 2017 18:13

83 yaşlı məşhur kino rejissor Roman Polanski haqqında yeni ittiham səsləndirilib. Artıq üçüncü qadın rejissor tərəfindən zorlandığını bildirib. Robin M. adlı qadın bir mətbuat konfransı keçirərək 1973-cü ildə 16 yaşı olanda rejissor tərəfindən zorlandığını bildirib. Fransada yaşayan rejissor 1977-ci ildə 15 yaşlı bir uşaqla cinsi əlaqəyə girdiyini etiraf etmişdi və haqqında istintaq başlamışdı. Aradan 38 il keçdiyi üçün Polanski haqqında ittihamların ləğv edilməsi üçün Samanta Qeymer məhkəməyə müraciət etmiş, Polanskini bağışladığını bildirmişdi.

Ermənistanda qiyam görürəm TƏHLİL

16 Avqust 2017 18:06

Həyat elə qurulub ki, heç də bütün hallarda gününü sakit və firəvan keçirmək mümkün deyil. Elə hallar olur ki, insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola biləcək əsəb gərginliyi keçirir və özündən çıxır. Bu halda səbirli olmaq, təmkinini qoruyub-saxlamaq çoxları üçün çətindir. Hirsini-hikkəsini boğa bilmədiyindən, əlindən xata çıxaranlar da olur. Amma bu vəziyyətdən çıxmaq üçün əla resept mövcuddur.

Yolun ortasında arvadına zor tətbiq etdi - Polislər görməməzlikdən gəldilər - VİDEO

16 Avqust 2017 18:04

İstanbulda həyat yoldaşıyla mübahisə edən gənc qadın bir körpəsini də götürərək evdən çıxıb. Ancaq avtomobillə arxasınca gələn əri, qadını zorla maşınına mindirməyə çalışıb. O məqamda yoldan keçən bir qadın sürücü avtomobilini saxlayaraq qucağında körpə olan qadını qorumaq üçün araya girib.

500 minlik üzüyünü 6 aylıq qızının barmağına taxdı

16 Avqust 2017 17:59

Müğənni Ebru Yaşar həyat yoldaşı Necat Gülsevənin ona aldığı 500 min lirəlik (təxminən 250 min manat) brilyant üzüyü 6 aylıq əkizlərindən birinin barmağına taxaraq sosial şəbəkədə fotosunu paylaşıb. 

Xəzərdə faciə: cəsədi tapılmır

16 Avqust 2017 17:57

Sumqayıtda dənizdə batan şəxsin axtarışları davam edir.  FHN xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfər dənizdə batıb.

"Kəpəz"in zədəlisinin durumuna aydınlıq gəldi

16 Avqust 2017 17:55

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sumqayıt"la görüşdə xəsarət alan "Kəpəz"in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib.  Rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir. Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı. Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.

Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

16 Avqust 2017 17:53

Ukrayna Mərkəzi Bankı ölkə bankları və digər maliyyə strukturlarına yeni kiberhücum barədə xəbərdarlıq edib. Yeni kütləvi kiberhücum Müstəqillik Günündə (24 avqust) başlana bilər.