Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir”  mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini xatırladaraq son dövrlər bu sahədə görülən işlərdən danışıb.

Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icması tərəfindən "Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması" layihəsi çərçivəsində "Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir"  mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması məqsədilə 2016-cı ili "Multikulturalizm ili" elan etdiyini xatırladaraq son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasından bəhs edib, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra çıxış edən Həşimxanlı kənd tam orta məktəbinin müəllimi Namizəd Allahverdiyev ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə multikultural və tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Tədbirin sonunda  iştirakçılara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31