Azərbaycan prezidenti indoneziyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.
16 Avqust 2017 18:20 SiyasətPrezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
"İndoneziyanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31