"Gənclər üçün Krizis telefon xətti"
Avqustun 15-dən “Krizis telefon xətti”nin işi bərpa edilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, indi 510-66-36 nömrəli telefonla gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstəriləcəkdir.
16 Avqust 2017 18:31 SosialAvqustun 15-dən "Krizis telefon xətti"nin işi bərpa edilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, indi 510-66-36 nömrəli telefonla gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstəriləcəkdir. Xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Qeyd etmək lazımdır ki, krizis vəziyyətinə düşmənin səbəbləri müxtəlif ola bilər. Buna səbəb gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə qurşanma, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi insanla ayrılıq, münasibətlərin kəsilməsi, ailədaxili münaqişələr və başqaları ola bilər. Krizisə vaxtında müdaxilənin edilməməsi gənc tərəfindən qeyri-adekvat addımların atılmasına, məsələn başqalarına və ya özünə qəsd, psixoaktiv maddələrdən istifadə və digər vəziyyətlərə gətirib çıxara bilər.
"Gənclər üçün Krizis Xətti" layihəsi Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə 2006-ci ildə dəstəklənmişdir. On ildən artıq dövrdə mütəmadi dəstək almış xidmətdə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssilər işləyirlər. Xətt analoji beynəlxalq metodikalar əsasında təşkil edilib.