Lukaşenko: Belarus ordusu ən ciddi toqquşmalara hazır olmalıdır ÖZƏL
13:59 DünyaOlaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin ən ciddi toqquşmalara hazır olmasının vacibliyini bildirib.
O, qeyd edib ki, məqsəd mümkün toqquşmalardan yayınmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaqdır.
Lukaşenko bu fikirləri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Pavel Muraveykonu Prezident Administrasiyasının yeni rəhbər müavini təyin edərkən səsləndirib.
Belarus lideri bildirib ki, orduda vəziyyətlə bağlı alternativ və peşəkar baxışların olması vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31