Gündəm
Bunu bilirdiniz?- Bir əncirin enerji dəyəri 60 kaloridir
Əncir ən qədim mədəni bitki hesab edilir. Onu əvvəlcə Ərəbistanda, sonralar Suriya və Misirdə yetişdiriblər. Amerikada isə əncir ağacını XVI əsrin axırlarından tanımağa başlayıblar.
Qorxu anında isanlar niyə bir-birlərindən tuturlar?
Bəlli olduğu kimi təhlükəli vəziyyətlərdə yaranan qorxu anında insanlar özlərindən asılı olmayaraq bir-birlərinə tutunmağa çalışırlar.
Dəfnə çayı qarın piylərini əridir
Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı. Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.
Lənkərana yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var
Masallıda ağır yol qəzası olub. Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.
Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib
Bu gün bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ötən ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Findiq allergiyasina diqqət
Fındıq allergiyası ən çox təsadüf olunan qida allergiyalarının bir növüdür. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası xəbər verir ki, aparılan tədqiqatların nəticəsində uşaqların təxminən doqquz faizində fındıq allergiyası aşkar edilib. Allergiya əlamətləri fındıq yedikdən 2 saat sonra ortaya çıxır. Bu əlamətlər allergik şoka qədər irəliləyə bilər.
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur
Ermənilər yezidi əsgəri döyüb təhqir etdilər
Ötən gün xəbər verdiyimiz kimi, Ermənistanın Şirak vilayətinin Hatsik kəndində milliyyətçə yezidi olan 19 yaşlı əsgər Abas Sloyan intihar edib. Sloyan Armavir şəhərində xidmət edib. Hatsik sakinlərinin sözlərinə görə, Sloyan hərbi hissədə milliyyətçə yezidi olduğunu deyib. Qarabağdan Armavir hərbi hissəsinə göndərilən əsgərlər Sloyanla söhbət zamanı onların da yezidi dostlarının olduğunu bildiriblər. Söhbət zamanı aydınlaşıb ki, həmin əsgərlər Sloyanın bacısının keçmiş ərinin dostlarıdır. Bundan hiddətlənən əsgərlər yezidi Sloyanı və onun bacısını söyüblər. Cavabında Sloyan da onlarla söyüşlə danışmağa başlayıb və sabiq yeznəsinin ünvanına xoşagəlməz fikirlər səsləndirib. Nəticədə azı 7-8 əsgər Sloyanı təkləyərək döyüb. Bu olaydan sonra Sloyan hərbi hissədən qaçıb və xidmətdən imtina etdiyini deyib.
Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntılar oğurlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb. Nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.
XİN: "Almaniyada fəal şəkildə Türkiyə əleyhinə təbliğat aparılır"
Almaniyada fəal şəkildə Türkiyə əleyhinə təbliğat aparılır. Bunu "TRT Haber" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Almaniya Türkiyəyə qarşı düşmən münasibətini dəyişməlidir.
Yığmamız dünya çempionatı üçün heyətini açıqladı
Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamız avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına 17 idmançı ilə yollanacaq.
Skaut Konfransının Polşada keçirilməsi üçün Azərbaycandan dəstək istənilib
Bu gün Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Polşa Respublikasının təhsil naziri Anna Zalevskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən vrilən məlumata görə, Polşanın təhsil naziri A. Zalevska səfərinin məqsədinin Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu, 2023-cü ildə milli skautların görüşünün Polşada keçiriləcəyinə ümid bəslədiyini söyləyib.
Baş nazir: "Referendum regionda xaos yaradacaq"
İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum regionda xaosa səbəb olacaq. Bunu İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib.O qeyd edib ki, referendum İraqın dövlət sərhədlərinin dəyişdirilməsi deməkdir, bu isə ölkə üçün qəbuledilməzdir. Baş nazirin sözlərinə görə, Ərbilin müstəqilliyi haqqında referendum birtərəfli qaydada keçirilə bilməz.
Doroxin: "Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı ilbəil artır"
Bu il 201 azərbaycanlı tələbə Rusiyanın dövlət təqaüdü proqramı çərçivəsində bu ölkədə təhsil alacaq. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir DoroxinRusiyaya yollanacaq azərbaycanlı tələbələrlə görüş zamanı deyib.
Binəqədi-Novxanı yolu çökdü
Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir.














