Gündəm

Saraydan YENİ LAYİHƏ

17 Avqust 2017 10:39

Sentyabrın 23 – də Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim oluncaq. “Olaylar” bildirir ki,  layihənin adı “Məşhurlar və övladları” – dı. İlk dəfə keçiriləcək layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, Çingiz Əhmədov – oğlu İbrahim Əhmədov, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Dünyanın ən kök uşağı neçə kiloqramdır?

17 Avqust 2017 10:12

 Dünyanın ən kök uşağı İndoneziyada yaşayır. “Olaylar” bildirir ki,  11 yaşındakı Arya Premana  gündə beş dəfə qidalanaraq 190,5 kq idi. Onun qida rasiyonunda ən çox düyü, balıq, ət və tərəvəz şorbası üstünlük təşkil edir. Həkimlər əməliyyat olmazsa, yaşaya bilməyəcəyini bildirdikdən sonra Arya Premana mədə əməliyyatı olmağa qərar verir. Arya əməliyyatın köməkliyi ilə 31 kq çəki itirib.

Xəstəxanaya silahlı hücum – 12 uşaq ağır yaralandı

17 Avqust 2017 09:53

Qvatemalada xestexaya silahlı hücum qeydə alınıb. “Olaylar” – bildirir ki, hücum nəticəsində  ən azı 7 nəfər həlak olub. Silahlılar 12 uşağın yaralanmasına səbəb olublar. Uşaqların vəziyyətinin ağır olduğu bildirilir. Polis hücumla əlaqədar 5 nəfərin həbs olduğu və silahlıların Mara Salvatrucha cinayət şəbəkəsinin üzvləri  olduqlarını açıqlayıb.

Artur Rasizadədən YENİ QƏRAR

17 Avqust 2017 09:37

Nazirlər Kabinetinin qərarına əsasən gələn ilin əvvəlində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu veriləcək. “Olaylar”  bildirir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Xərə Zirə adasında ilk elmi tədqiqatlar aparılır

17 Avqust 2017 09:36

AMEA əməkdaşları tərəfindən Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır. “Olaylar” biuldirir ki, AMEA-nın Zoologiya İnstitutunun, Neft və Qaz İnstitutunun birgə təşkilatçılığı ilə aparılan tədqiqatlar Çilov, Xərə Zirə, Kür dili, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, Bakı və Abşeron yarımadasının arxipelaq adalarını əhatə edir. İlkin olaraq Çilov adasında başlayan tədqiqatlar Xərə Zirə adasında davam etdirilib. Tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənirlər.

“Medeya. Sekvensiya 001.” beynəlxalq festivalda iştirak edəcək

17 Avqust 2017 09:34

Avqustun 24-dən 28-dək Qazaxıstanın Aktau şəhərində Xalq Artisti Asanali Aşimovun 80 illiyinə həsr olunan Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçiriləcək. Azərbaycanı Beynəlxalq tədbirdə  “Yuğ” Teatrı təmsil edəcək. Teatrdan “Olaylar” -a bildirilib ki, festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası nümayiş olunacaq.

“Açıq kitabxana” layihəsi

17 Avqust 2017 09:33

“Açıq kitabxana” layihəsinin davamı olaraq Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin 3 saylı filialında kitab sərgisi keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, sərginin məqsədi əsasən məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və insanlar arasında mütaliənin təbliğ olunmasıdır. Layihədə klassik və müasir yazarların dünya və uşaq ədəbiyyatına aid kitabları nümayiş olunub.

Uğurlu arıqlamağın 17 PRINSIPI

17 Avqust 2017 00:01

Müəyyən bir yerin, bir hissənin arıqlaması mümkün deyil! Xeyr, təkcə qarın arıqlamayacaq, budlar da həmçinin.

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI

16 Avqust 2017 20:15

Dünya şöhrətli müğənni Keti Perri yeni sevgilisi ilə görüntülənib. Los Ancelesdə restoranların birində yemək yeyən ifaçı paparassilərin obyektivinə tuş gəlib. Dostları ilə əylənən müğənninin yanında Vampir obrazı ilə məşhurlaşan yeni sevgilisi Robert Petinson da olub. Bundan öncəki eşq həyatında uğur qazanmayan Perrinin Raşl Brend ilə evliliyi qısa çəkmiş, Orlando Blumla sevgi münasibəti isə ayrılıqla nəticələnmişdi. Eyni zamanda, Ketinin yeni sevgilisi Robert isə aktrisa Kristen Stivartın xəyanətinə uğramışdı. Aktyor sonuncu nişanlısı repçi FKA Tviqsdən isə aprel ayında ayrılıb.

Aktrisa saçlarını boyamadı, 70 yaşlı nənəyə bənzədildi

16 Avqust 2017 20:00

Aktrisa İpek Tanrıyer Bodrumda paparassilərin hədəfində olub.   Dostları ilə nərd oynayan aktrisa daha sonra dənizə girib. Yeni saç düzümü ilə diqqət çəkən İpek "Saçlarım tamamilə təbiidir, öz rəngidir. Bütün qadınlara tövsiyə edirəm. Salon dərdindən qurtulursunuz" deyib. 

Əsl sovet plombirinin RESEPTİ

16 Avqust 2017 19:52

Əfsanəvi sovet plombirinin illərdir unudulmayan dadını axtarırsınız? Mağazadan aldığınız eyniadlı dondurmalar o ləzzəti xatırlatmır?

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 19:45

Hollandiyada yaşayan və 65 ildir evli olan cütlük həyatlarına birlikdə son vermək qərarına gəlib. 91 yaşlı Nik və Tris Elderhorst cütlüyü evtanaziya haqlarından istifadə edərək həyatlarına son verib. Cütlük son 5 ildə müxtəlif xəstəliklərdən əziyyət çəkib. 2012-ci ildə Nik Elderhorst infarkt keçirib və yeriməsi çətinləşib. Tris Elderhorst isə yaddaş zəifliyindən əziyyət çəkib. Cütlüyün qızları valideynlərinin birlikdə ölməsinin ən böyük arzuları olduğunu bildirib: “Anamı müalicə edən həkim onun ağlının yerində olduğunu söyləyirdi. Amma atam ölsəydi, anamın vəziyyəti pisləşəcəkdi və xəstəxanada yaşamaq məcburiyyətində qalacaqdı. O, bundan çox qorxurdu. Birlikdə ölmək isə onların ən böyük arzuları idi”.

EVİMİZDƏKİ TƏHLÜKƏ - O hər an və hər yerdə bizi izləyir

16 Avqust 2017 19:35

Bəzən sağlamlığımızda baş verən problemlərin səbəbini tapa bilmirik. Davamlı pəhrizlərə rəğmən, gün ərzində vücudu müşaiyət edən narahatçılığın səbəbini çözməkdə çətinlik çəkirik. Əgər davamlı müayinələr də nəticə vermirsə, demək ki, səbəb allergiyadır. Özu də kifə qarşı allergiya...

“Mançester Siti”nin futbolçusu 8 aydan sonra döndü

16 Avqust 2017 19:27

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb. Uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər"in İspaniya "Jirona"sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.

Demet Akalın ərini sildi

16 Avqust 2017 19:22

32 milyon lirəlik (təxminən 16 milyon manat) əmlakı müsadirə olunduqdan sonra əri Okan Kurtla problemlər yaşayan müğənni Demet Akalın Whatsapp profilindən həyat yoldaşının şəklini silib.  Adətən konsertlərinə Okanla birlikdə yollanan Demet bu dəfə ənənəsini pozub. Belə ki, sənətçi Bodrumda səhnəyə çıxsa da, Okan yanında olmayıb.  Bundan başqa, D.Akalın ailəsi ilə birlikdə yer aldığı Whatsapp şəklində ərini montaj edib.